İqtisadi gündəm
ADSEA: Sürətli urbanizasiya və köhnəlmiş infrastruktur su sektorunda yeni çağırışlar formalaşdırır
Bu gün iqlim dəyişiklikləri, sürətli urbanizasiya, əhali artımı və köhnəlmiş infrastruktur su sektorunda yeni çağırışlar formalaşdırır. Belə şəraitdə kommunal xidmət qurumları arasında əməkdaşlıq artıq seçim deyil, zərurətə çevrilib.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) şöbə müdiri Riyad Axundzadə Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansı Assambleyası (GWOPA) çərçivəsində keçirilən su sektorunda əməkdaşlığın genişləndirilməsi, operatorlar arasında həmrəyliyin gücləndirilməsi və dayanıqlı su idarəçiliyinin inkişafı məsələlərinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliklərinin təsirləri gündəlik həyatda və su sektorunda daha aydın hiss olunur.
“Qeyri-sabit hava şəraiti də iqlim dəyişikliklərinin nəticələrindən biridir. Bu çağırışlar su idarəçiliyinə daha inteqrasiya olunmuş yanaşmanı tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi, təhlükəsiz içməli su və sanitariya xidmətlərinə çıxışın genişləndirilməsi, su itkilərinin azaldılması və tullantı sularının idarə edilməsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Rəqəmsallaşma, əməliyyat səmərəliliyi, təmizlənmiş tullantı və yağış sularının təkrar istifadəsi, eləcə də müasir texnologiyaların tətbiqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində əsas prioritetlərdən biridir. Əminəm ki, bugünkü görüşlər yeni tərəfdaşlıqların formalaşmasına, faydalı ideyaların ortaya çıxmasına və gələcək əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək”, – deyə Riyad Axundzadə əlavə edib.
-
MDB13:41Ukrayna daha 3 yaşayış məntəqəsini itirdi - 2 kənd mühasirədədir
-
Ekologiya13:24Bakıda 29 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə13:18Bakıda vulkan püskürdü - Yeniləndi(Video)
-
İnanc12:41Daha bir Avropa ölkəsi məktəbli qızların niqab taxmasına qadağa qoydu
-
İqtisadi gündəm12:09Emin Ağalarov: "İnanıram ki, uğur qazanacağıq!"
-
İqtisadi gündəm10:50Prezident: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Nida Xəbər 10:29Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
İqtisadi gündəm10:2530 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azərbaycan yeni investisiya mərkəzində




















.jpg)













