Bakı 2015
Macarıstan mediası “Bakı-2015” Olimpiya Oyunlarından yazır
Macarıstan-Azərbaycan Gənclər Birliyi ölkənin aparıcı xəbər portallarından biri olan metropol.hu saytında Bakı 2015 İlk Avropa Oyunlarına həsr olunmuş bir neçə yazı dərc etdirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, “Bakının siması” və “Bakı hazırdır” başlıqları ilə yerləşdirilən məqalələrdə Azərbaycan, onun iqtisadiyyatı, neft sənayesi, eləcə də Bakının tarixi, görməli yerləri, inkişafı haqqında geniş məlumat verilir. Yazıda bir müddət əvvəl istifadəyə verilmiş Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı, qeyri-adi müasir memarlıq üslubuna malik Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Xalça Muzeyi, “İçərişəhər” Tarix Memarlıq Qoruğu və digər tikililər barədə geniş bəhs olunub.
Məqalələrdə əsas diqqət isə Bakının ev sahibliyi edəcəyi İlk Avropa Oyunlarına ayrılıb. “Bakı hazırdır” sərlövhəli yazıda bildirilir ki, Azərbaycanın paytaxtı dünyanın onlarla ölkəsindən minlərlə idmançını qəbul etmək üçün artıq hazırdır və yeni tikilən möhtəşəm idman arenaları artıq azarkeşləri gözləyir. İyunun 12-də Oyunların təntənəli açılış mərasiminin olacağı, Olimpiya məşəlinin 61 rayondan keçməklə 5500 km qət edərək iyunun 12-də Bakıya çatdırılacağı da yazıda əksini tapıb.
İlk Avropa Oyunları barədə macar oxucuları ətraflı məlumatlandıran yazıda daha sonra qeyd olunub ki, Oyunlarda 6 min idmançı 239 dəst medal uğrunda mübarizə aparacaq, ümumilikdə isə idmanın 19 növü üzrə yarışlar keçiriləcək, idmanın 8 növü üzrə 2016-cı ildə Rio de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya veriləcək. Birinci Avropa Oyunlarını işıqlandırmaq və izləmək üçün 750 nəfərdən çoxjurnalistin, min nəfər rəsmi şəxsin, eləcə də minlərlə azarkeşin Bakıya gələcəyi də bildirilib. Yazıda həmçinin, Macarıstandan 200 nəfəri idmançı olmaqla 300 nəfərlik nümayəndə heyətinin Bakıya yollanacağı da qeyd olunub.
Anar Tağıyev
-
Digər09:27Leninə iş kəsdilər - Sabiq prezident rüşvət alıbmış
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü






















.jpg)


.jpg)









.jpg)

.jpg)