Bakı 2015
“Qərb darvazası” məşəli gözləyir
Mayın 16-da Daşkəsən və Samuxu gəzən məşəlin növbəti dayanacağı Qazaxdır.
Publika.az xəbər verir ki, 93 minlik əhalisi olan şairlər diyarında 14:00-da məşəl estafeti olacaq. 15:00-da isə mərkəzi meydanda qarşılama mərasimi baş tutacaq. Ölkənin “Qərb Darvazası” adlanan məkanda 15:30-da isə tədbirin yekunlaşdırılması nəzərdə tutulub.
Qazaxdan sonra növbəti məşəl Ağstafaya aparılacaq. Böyük və Kiçik Qafqaz dağları arasında yerləşən ərazidə 17:00-da məşəl estafeti, 18:00-da Heydər Əliyev parkında qarşılama mərasimi olacaq. 18:30-da isə tədbirə yekun vurulacaq.
Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.
10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Aygün İlqarqızı
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı























.jpg)










.jpg)

.jpg)