Bakı 2015
Avropa Oyunlarına dəstək aksiyası keçirildi
Bakı 2015 İlk Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində Bakıda velosiped üzrə zona yarışı keçirilib.
Publika.az xəbər verir ki, yarışda Təhsil Nazirliyinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
Dənizkənarı Bulvar ərazisində təşkil olunan yarışın açılış mərasimində bildirilib ki, bu idman tədbiri Təhsil Nazirliyinin Bakı 2015 İlk Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvondo, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, atletika, akrobatika və bədii gimnastika) məktəblilər arasında təşkil etdiyi zona yarışları çərçivəsində baş tutub. Yarış Bakı şəhərinin rayonları üzrə 3 yaş kateqoriyasından olan məktəbli oğlan və qızlar arasında təşkil olunub.
100-dək velosipedçinin qatıldığı yarışda oğlanlar arasında 2003-2004-cü il yaş qrupu üzrə 1 və 2-ci yerləri Xətai, 3-cü yeri Nərimanov, 2001-2002-ci il yaş qrupu üzrə 1-ci yeri Yasamal, 2-ci yeri Xətai, 3-cü yeri Nizami, 2000-ci il yaş qrupu üzrə 1-ci yeri Xətai, 2 və 3-cü yerləri Binəqədi, qızlar arasında 1 və 3-cü yerləri Xətai, 2-ci yeri isə Nizami rayonunun məktəbliləri tutub. Qaliblər diplom və medallarla mükafatlandırılıb.
Qeyd edək ki, Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları mayın sonunadək davam edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.
-
MDB12:30Putindən məşhur heykəltəraşa irad: "Əslində hər şeyi Tanrı yaradıb!"
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto
-
Ekologiya11:57Qiyaməti xatırladan dəhşətli daşqın: Onlarla bina bir anda yox oldu - Video
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
-
Səhiyyə09:28Meymunçiçəyi qayıdır? - Yeni yoluxmalar aşkarlandı
-
Region08:48İranda yüksək rütbəli polis zabiti sui-qəsdlə öldürüldü - Pezeşkian tapşırıq verdi
-
Avropa08:00Zooparkda pələng kişini parçaladı































.jpg)




