Bakı 2015
Əməkdar artist: “Qonaqlarla elə davranmalıyıq ki, bizdən xoş təəssüratla ayrılsınlar”
Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova “Bakı 2015” Birinci Avropa Oyunlarının Azərbaycana uğur gətirəcəyindən danışıb.
Publika.az-a açıqlama verən əməkdar artist belə möhtəşəm tədbirin ölkəmizdə keçirilməsindən bir vətəndaş olaraq qürurlandığını bildirib:
“Bir neçə həftədən sonra Azərbaycan öz qapılarını dünya ölkələrinin üzünə açacaq, qonaqlarını qarşılayacaq. Bu, bizim üçün bir fürsətdir ki, öz qonaqpərvərliyimizi bir daha nümayiş etdirək. Hər bir qonaq getdiyi yerdən müəyyən təəssüratlarla qayıdır. Biz qonaqlarla elə davranmalıyıq ki, bizdən yalnız xoş təəssüratla ayrılsınlar. Biz bu imkandan istifadə edib, öz mədəniyyətimizi, incəsənətimizi, tarixi abidələrimizi, milli kulinariyamızı layiqli şəkildə təqdim etməliyik. Ölkəmizin tanıdılması baxımından bu tədbiri alqışlayıram”.
Aktrisa dünyada ilk dəfə keçirilən Avropa Oyunlarını mədəniyyət hadisəsi kimi qiymətləndirib: “Bu yalnız bir idman yarışı deyil, eyni zamanda, mədəniyyət hadisəsidir. Mən deyərdim ki, izdihamlı bir bayramdır. Bu bayram əhvali-ruhiyyəsini yaşamağa dəyər”.
Cəvahir
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı























.jpg)










.jpg)

.jpg)