Bakı 2015
Ağstafa məşəl estafetini qəbul etdi
Azərbaycanın dilbər guşələrindən birinə çevrilən Ağstafa şəhəri bu günlərdə bayram libasına bürünüb. Birinci Avropa Oyunlarının məşəl estafetinin qarşılanacağı Heydər Əliyev prospektində qələbəlik idi. Hamı Bakı 2015 İlk Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdi.
Publika.az xəbər verir ki, Avropa Oyunlarının məşəli mayın 18-də günün ikinci yarısında Ağstafa şəhərinə gətirildi. Fəal gənc, karateçi Namiq Həsənov həmyerlilərinin alqış sədaları altında məşəli qəbul edərək, nəzərdə tutulan marşrut üzrə hərəkətə başladı. On məşəlçi 3120 metrə yaxın məsafədə məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti, N.Nərimanov, S.Ağamalıoğlu, H.Arif küçələri ilə hərəkət etməklə Heydər Əliyev parkından keçərək Azərbaycan parkına gəldilər. Sonuncu yürüşçü – güləşçi Nemət İbrahimli parkdakı Gənclər Mərkəzinin qarşısında qurulan səhnəyə qalxaraq məşəli alovlandırdı.
Birinci Avropa Oyunlarının məşəli ilə yandırılan çıraq isə mərasim iştirakçılarının alqışları ilə rayon ictimaiyyətinə təqdim edildi. Çıraq birinci Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı ağstafalıların bayram sevincini daha da artırdı.
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı























.jpg)










.jpg)

.jpg)