Bakı 2015
Tovuz və Gədəbəy məşəli gözləyir
Şəhər və rayonlarımızı dolaşan I Avropa Oyunlarının məşəli dünən Qazax və Ağstafanı gəzib. Ağstafada məşəl estafeti tədbiri saat 18:30-da yekunlaşdırılıb.
Publika.az xəbər verir ki, məşəlin yol aldığı növbəti məkan Tovuzdur. 168200 nəfər əhalisi olan bölgədə ənənəyə uyğun olaraq məşəl estafeti olacaq. Məşəl estafeti bu gün 11:00-da baş tutacaq. Qarşılama mərasimi saat 12:00-da Heydər Əliyev parkında, tədbirin yekunlaşdırılması isə saat 12:30-da olacaq.
Məşəl estafeti daha sonra Gədəbəydə davam edəcək. 97400 nəfərlik əhalisi olan qəsəbədə saat 17:00-də məşəl estafeti, 18:00-da Heydər Əliyev parkında alov festivalı baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 18:30-da olacaq.
Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.
10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Aygün İlqarqızı
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı























.jpg)










.jpg)

.jpg)