Bakı 2015
I Avropa Oyunları Argentina mətbuatında
Argentina mətbuatında Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı yazılar dərc olunub.
Publika.az xəbər verir ki, Argentinanın turizm, idman, mədəniyyət üzrə ixtisaslaşan “Host News Traveller”, “Daily Web”, “Pulso Turistico”, “Norte en Linea” xəbər portallarında, habelə “Telam” milli xəbərlər agentliyinin və “Clarin” qəzetinin müvafiq olaraq idman və turizm bölmələrində Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı yazılar dərc olunub.
Yazılarda Birinci Avropa Oyunları çərçivəsində keçiriləcək idman yarışları barədə məlumat verilir, həmçinin bu idman yarışının ən yüksək səviyyədə keçirilməsi üçün Bakıda yaradılmış müasir infrastrukturdan və idman komplekslərindən söz açılır.
Habelə yazılarda qeyd olunur ki, dünyanın sürətlə inkişaf edən iqtisadiyyatlarından olan Azərbaycanda turizm sənayesi və nəqliyyat infrastrukturunun inkişafına da böyük sərmayələr yatırılıb, hazırda ölkədə dünyanın aparıcı hotel şəbəkələrinə məxsus mehmanxanalar, çox sayda turistik komplekslər, istirahət, mədəniyyət, ticarət və əyləncə mərkəzləri, həmçinin Qafqazın ən böyük hava limanı olan Heydər Əliyev Hava Limanı da daxil olmaqla 5 beynəlxalq aeroport fəaliyyət göstərir. Yaradılmış bu infrastrukturun Azərbaycanda gələcək illərdə keçirilməsi nəzərdə tutulan 2016-cı il Formula 1 Grand Prix yarışları, 2016-cı il Şahmat Olimpiadası, 2017-ci il İslam Həmrəyliyi Oyunları, 2020-ci il futbol üzrə UEFA Avropa Çempionatının 4 oyununun keçirilməsi kimi digər əhəmiyyətli tədbirlərə də xidmət edəcəyi bildirilir.
Yazılarda Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadəyə istinadən qeyd olunur ki, son illərdə Azərbaycan irimiqyaslı beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə ev sahibliyi edir ki, bu da ölkənin hərtərəfli inkişafının göstəricisidir.
“Hamını Avropanın sülh, dostluq və idman bayramı olacaq Bakı 2015 I Avropa Oyunlarına tamaşa etmək üçün Azərbaycana dəvət edirik. Bu, həmçinin Şərqin Avropa cazibəsi olan, Avropa ilə Asiyanı qovuşduran, qədimliklə müasirliyi birləşdirən ölkəmizi tanımaq üçün gözəl bir fürsət olacaqdır”, - deyə səfir vurğulayıb.
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO

















.webp)








.jpg)










.jpg)

.jpg)