Bakı 2015
Birinci Avropa Oyunları ərəfəsində yoxlama məşqi
Mayın 18-19-da Milli Gimnastika Arenasında Birinci Avropa Oyunları ərəfəsində yoxlama məşqləri keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov iştirak edib.
İki gün qadın idman gimnastikası, aerobika və batut gimnastikası üzrə məşqlər keçirilib. İkinci gün isə bədii gimnastların, akrobatların və idman gimnastlarının çıxışları ilə yadda qalıb.
Gimnastlar Avropa Oyunlarında təqdim edəcəkləri çıxışları nümayiş etdiriblər.
Qeyd edək ki, Azərbaycanı birinci Avropa Oyunlarında 28 gimnast təmsil edəcək. Avropa Oyunlarında gimnastika növləri üzrə yarışlar 2015-ci ilin 14-21 iyun tarixlərində baş tutacaq.
14-15 iyun tarixlərində qadın və kişi idman gimnastikası üzrə təsnifat mərhələsi keçiriləcək, komanda hesabında qaliblər müəyyənləşəcək.
17 iyun tarixində akrobatika, aerobika, batut gimnastikası, həmçinin bədii gimnastika üzrə təsnifat yarışları baş tutacaq.
18 iyun tarixində kişi və qadın idman gimnastikası üzrə çoxnövçülük finalı keçiriləcək.
19 iyun tarixində bədii gimnastika üzrə fərdi proqramda, həmçinin akrobatika üzrə qadın və qarışıq qruplar arasında çoxnövçülük finalları olacaq. Eyni gün paralel olaraq, batut gimnastikası üzrə sinxron hərəkətlərdə və aerobika gimnastikası üzrə qruplar arasında təsnifat mərhələsi baş tutacaq.
20 iyun tarixində qadın və kişi idman gimnastikası üzrə ayrı-ayrı alətlərdə final mərhələləri keçiriləcək.
Yarışın əsas günü akrobatika, aerobika, batut gimnastikası, həmçinin bədii gimnastika üzrə finallar baş tutacaq.
-
ABŞ11:13Tramp bu okeana öz adını vermək istəyir
-
MDB10:468 il sonra üzə çıxan cinayət: Biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
-
ABŞ10:35Mask da Zelenskiyə qarşı çıxdı: "Ukrayna yeni lider tapmalıdır!"
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
-
Səhiyyə09:28Meymunçiçəyi qayıdır? - Yeni yoluxmalar aşkarlandı
-
Region08:48İranda yüksək rütbəli polis zabiti sui-qəsdlə öldürüldü - Pezeşkian tapşırıq verdi
-
Avropa08:00Zooparkda pələng kişini parçaladı
-
Magazin207:30“Sınıq fənərlərin küçələri” teleserialının aktyoru vəfat etdi - FOTO
































.jpg)




