Bakı 2015
Avropa Oyunlarını izləməyə gedənlərə Fəxriyyə Xələfovadan tövsiyələr
“Bakı-2015” Birinci Avropa Oyunlarına 28 gün qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.
Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.
Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Publika.az-a açıqlamasında hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:
“Paytaxtımız Bakıda keçiriləcək birinci Avropa Oyunları çox mühüm hadisədir. Bu hadisənin həm mahiyyəti, həm əhəmiyyəti çox böyükdür. Bu vacibdir. Statistikaya nəzər salsaq görərik ki, Bakıya çoxlu sayda idmançı və media işçisi gələcək. Üstəlik, yarışları izləməyə gələnlər, turistlər də var. Tədbirə isə bir aydan da az müddət qalıb”.
Modelyer özü də tədbiri canlı izləyənlər arasında olacaq:
“Mən xaraktercə kütləvi tədbirləri çox sevirəm. Nə qədər belə tədbirlər varsa, hamısına gedirəm. Bu mərasimə isə xüsusi hazırlaşıram. Nəinki açılış mərasimində, bağlanış mərasiminə də qatılmağı düşünürəm. Hətta məni maraqlandıran bir neçə idman növü üzrə yarışları da izləmək fikrindəyəm”.
Fəxriyyə xanım Avropa Oyunlarını izləməyə gedənlərə publika.az vasitəsilə bir neçə məsləhət də verib.
“Modelyer olaraq mənim bir neçə tövsiyəm olacaq. Bu oyunları izləməyə gedərkən geyimlərinizə diqqət edin. Hər kəsdə bayram əhval-ruhiyyəsi olacaq. Həmin əhval-ruhiyyə geyimlərimizdə də öz əksini tapmalıdır. Çox istərdim geyimlərimizdə milli atributlardan istifadə edək. Bura kəlağayı, araqçın, Azərbaycan bayrağının rənglərində şərflər taxmaq olar. İdman yarışlarını bir neçə ölkənin telekanalları canlı olaraq yayımlayacaq. Bu atributlar hiss olunmalıdır. Bu, mənim tövsiyələrimdir”.
İsa Şükürov
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO

























.jpg)










.jpg)

.jpg)