Bakı 2015
“Bakı-2015”: Məşəl estafeti Şəmkirdə
Azərbaycanın füsunkar təbiətini, mədəniyyətini və irsini əks etdirən birinci Avropa Oyunlarının məşəl estafetinin növbəti ünvanı Şəmkir rayonu oldu. Avropa idman tarixində yeni səhifə açacaq “Bakı-2015”-in məşəlini qarşılamaq, onun təqdimatında iştirak etmək üçün mayın 20-də küçə və meydanlara minlərlə rayon sakini çıxmışdı.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini Aysel Salahova qəbul etdi və 10 nəfər idmançı məşəli bir-birinə ötürərək Nizami, Əhməd Cavad küçələrindən, eləcə də Heydər Əliyev prospektindən keçərək Gənclər mərkəzinin qarşısına gəldilər.
Sonuncu məşəlçi yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc mükafatçısı, üçqat respublika çempionu Vəfadar Mustafayev səhnəyə qalxaraq məşəli ictimaiyyətə təqdim etdi.
Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılması üçün Gənclər mərkəzinə verildi.
Bildirildi ki, birinci Avropa Oyunlarının məşəlinin səyahətinə 1000 nəfərdən çox məşəlçi cəlb edilib və bütün regionlarda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.
Tədbiri izləyən rayon sakini Jalə Kamalova təəssüratlarını AZƏRTAC-la bölüşərək dedi: “Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir. Cəmi 24 illik müstəqillik tarixi olan bir ölkənin belə möhtəşəm tədbirə ev sahibliyi etməsi, həqiqətən hər bir Azərbaycan vətəndaşı üçün şərəfdir. Bu şərəfi isə bizə sözsüz ki, dövlətimizin başçısı İlham Əliyev bəxş edib. Buna görə də Prezidentimizə minnətdarıq. İnanırıq ki, idmançılarımız bu yarışlarda da bizi qələbələrlə sevindirəcəklər”.
Rayonun fəal gənclərindən İlkin Bədəlov idmanın müxtəlif növlərində qazanılan uğurların artıq ənənəyə çevrildiyini bildirdi: “Dövlətimizin başçısının təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək istifadəyə verilməsi idman sahəsindəki uğurlarımıza təminat verir. Bir-birini əvəzləyən idman yarışları respublikamızın daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Bütün bunların fonunda isə Azərbaycan dövlətinin sürətli inkişafı və təhlükəsiz ölkə olması amili dayanır”.
Rayon sakini Eşqin Əliyev isə ölkəmizin beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrildiyini vurğuladı. O qeyd etdi ki, Avropa Olimpiya Komitəsinin qitədə ilk dəfə təşkil olunacaq bu mötəbər idman tədbirini məhz Azərbaycanda keçirməsi dünya idman ictimaiyyətinin ölkəmizdə görülən müsbət işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən uğurlara verdiyi yüksək qiymətdir.
-
Sağlamlıq13:35Həkimdən gecələr telefona baxanlara xəbərdarlıq
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:5318 milyonluq alma yoxa çıxdı - Biznesmenden film kimi cinayət
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi








































