Bakı 2015
Avropa Oyunlarına görə Gömrük Komitəsi işçilərinin sayını artıra bilər
Avropa Oyunları ilə əlaqədar Dövlət Gömrük Komitəsi əməkdaşlarının sayının artırılması gözlənilir.
Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib. Onun sözlərinə görə, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına gələcək xarici qonaqların və onların yüklərinin vaxtında gömrük keçid məntəqələrində keçməsini rəsmiləşdirmək üçün müvafiq hazırlıq işləri görülüb: “Mətbuatda da yazılır ki, Avropa Oyunları ilə əlaqədar 6 minə qədər idmançının Azərbaycana gəlməsi gözlənilir. Həmçinin ölkəmizə gələcək turistlərin sayı da artacaq. Bu baxımdan da proqnozalara görə, artım gözlənilir”.
Komitə sədri hazırda gömrük işçilərinin sayının dəyişmədiyini söyləyib: “Sadəcə olaraq, daxili imkanlarımız hesabına xarici dil bilən və təcrübəli işçilərimizi əlavə olaraq sərhədlərə cəlb edəcəyik. İndiyədək həmin işçilərə sərhədlərdə təcrübə seminarları təşkil olunub, yüklərin, əl yükləri və baqajların rəsmiləşdirilməsi ilə bağlı məlumat kitabçası buraxmışıq. Avropa Oyunlarının Təşkilat Komitəsi isə həmin kitabçalarla təmin olunub”.
Vasif Həsənli
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO

























.jpg)










.jpg)

.jpg)