Bakı 2015
Ədalət Şükürov: "Avropa Oyunlarına bütün ailəm üçün bilet almışam"
“Bakı-2015” Birinci Avropa Oyunlarına 28 gün qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.
Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.
Əməkdar artist Ədalət Şükürov Publika.az-a açıqlamasında hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:
“Avropa Oyunlarının başlamasına bir aydan da az müddət qalıb. Bu idman tədbirinin keçirilməsi üçün ölkələr qarşısında müəyyən şərtlər qoyulur. Dövlətlər həmin şərtləri yerinə yetirməlidir. Bura yollar, aeroport, tədbirin keçiriləcəyi stadionlar, forum mərkəzləri və s. daxildir. Bütün bu şərtlər yerinə yetirilməsə, Olimpiya Komitəsi oyunun keçirilməsinə icazə vermir. Azərbaycan qarşısına qoyulan bütün öhdəlikləri yerinə yetirib. Artıq hazırlıq işləri yekunlaşmaq üzrədir. Avropa Oyunlarının açılışı çox möhtəşəm olacaq. Açılış mərasimi peyk vasitəsilə 58 ölkədə yayımlanacaq. Tədbiri dünyanın hər tərəfindən gələn 1500 jurnalist işıqlandıracaq. Bu məqamda bizdən çox şey asılıdır. Biz hər kəslə mülayim olmalıyıq. Ölkəsinə qayıdan hər kəs orada yalnız xoş təəssüratlarını paylaşmalıdır”.
İfaçı oyunları ailə üzvləri ilə birlikdə izləyəcəyini də bildirib:
“Mən bütün ailə üzvlərim üçün bilet almışam. Özüm də orada olacağam. Azərbaycanda yaşayasan və belə tədbiri izləməyəsən? Bu, mümkün deyil”.
İsa Şükürov
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO

























.jpg)










.jpg)

.jpg)