Bakı 2015
Məşəl Ucarda alovlandırıldı
Azərbaycanı qarış-qarış gəzən Bakı 2015 Ilk Avropa Oyunlarının məşəli bu gün Ucara gətirilib və burada minlərlə sakinin iştirakı ilə qarşılanma mərasimi keçirilib.
Publika.az xəbər verir ki, məşəl şəhərin Koroğlu və Oğuz küçələrinin kəsişdiyi yerdə, Oyunların rəmzi qapısında qarşılanıb və rayon sakini, ziyalı Tağı Məmmədov tərəfindən qəbul edilib.
Sonra 10 nəfər məşəlçinin yürüşü başlanıb. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Koroğlu küçəsi və Heydər Əliyev prospektindən keçməklə Ulu Öndərin adını daşıyan Mərkəzin qarşısındakı meydana gəliblər.
Məşqçi-müəllim Seymur Quliyev meydanda qurulan səhnəyə qalxaraq məşəli alovlandırıb.
Birinci Avropa Oyunlarının çırağı yandırılaraq şahmatın rapid (sürətli) növü üzrə Avropa yarışlarının bürünc medalçısı, bu il İranda keçirilən şahmat üzrə beynəlxalq yarışlarda qızlar arasında birinci yerin qalibi Süsən Məmmədovaya verilib. S.Məmmədova isə çırağı birinci Avropa Oyunları başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təqdim edib.
Tədbirdə birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
İlk Avropa Oyunlarının məşəli günün ikinci yarısında Ucardan Göyçaya yola salınıb.
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO

























.jpg)










.jpg)

.jpg)