Bakı 2015
“Sport1” idman kanalı ilk Avropa Oyunlarını işıqlandırmaq üçün tam hazırdır
Almaniyanın “Sport1” idman kanalı və portalı Bakıda keçiriləcək ilk Avropa Oyunlarını işıqlandırmaq üçün tam hazırdır.
AZƏRTAC “Sport1” idman portalına istinadla xəbər verir ki, kanal “Baki-2015”in yayımını təmin edəcək şərhçiləri ictimaiyyətə təqdim edib. Kanal birinci Avropa Oyunlarını əsasən 6, tam tərkibdə isə 12 nəfərlik komanda ilə birbaşa işıqlandıracaq.
Bu mötəbər idman yarışını köhnə qitədən dünyaya yayımlayacaq “Sport1”in şərhçiləri üzvləri arasında idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının mükafatçıları, habelə milli komandanın məşhur atletləri də yer alıb.
“Sport1”in icraçı direktoru Olaf Şröder bu barədə deyib: “Birinci Avropa Oyunları genış auditoriyanı əhatə edəcək. Bu möhtəşəm idman tədbiri nəinki bu turnirdə çıxış edəcək 6 min atlet, eləcə də mətbuat, o cümlədən “Sport1” üçün böyük maraq kəsb edir. Biz 17 gün ərzində hər gün 6 saatlıq geniş platforma çərçivəsində kamera arxasında, studiyadan Bakıdan birbaşa yayımı gerçəkləşdirəcəyik. Təbii ki, alman atletlərin yarışdakı çıxışları daha çox diqqət mərkəzində olacaq”.
Qılıncoynatma üzrə milli komandanın üzvü Britta Haydeman isə bununla bağlı fikirlərini bölüşərkən deyib: “Çox həyəcanlıyam. Çünki birinci Avropa Oyunları da Yay olimpiadaları qədər həyəcanvericidir. Fikrimcə, “Bakı-2015” gələn il Rio-de-Janeyroda keçiriləcək Olimpia Oyunlarına hazırlıq baxımından güclü motivasiya olacaq”.
“Sport1” idman kanalı və portalı iyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarının canlı yayımına 100 saat vaxt ayıracaq. Buraya mötəbər turnirin açiliş mərasimi də daxildir.
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI














.jpg)



















.jpg)

.jpg)