Bakı 2015
Teatrlarımız Avropa Oyunlarında nə göstərəcək?
Ölkəmizin ev sahibliyi edəcəyi daha bir möhtəşəm tədbirin, “Bakı-2015” ilk Avropa Oyunlarına artıq sayılı günlər qalıb.
Mədəniyyət ocaqları da bu böyük tədbirə hazırlaşır. Paytaxtın
teatrları 50-dək ölkədən gələcək qonaqlar üçün maraqlı repertuar
tərtib edib.
Publika.az Avropa Oyunları ilə bağlı teatrların yeniliklərini təqdim edir.
Avropa Oyunları müddətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarındakı ən məşhur nümunələr səhnəyə çıxarılacaq. Tamaşaların libretto mətnləri ingilis dilinə tərcümədə təqdim olunacaq. Bundan başqa, proqram və afişalar Azərbaycan, rus və ingilis dillərində çap ediləcək.
Qonaqlar “Leyli və Məcnun”, “Trubadur”, “Traviata” operalarını və “Yeddi gözəl”, “Min bir gecə” kimi məşhur balet nümunələrimizi izləyə biləcəklər. Teatrın rəhbərliyi bu səhnə əsərlərinin bəzilərində aparıcı partiyaların ifası üçün məşhur opera və balet artistlərini dəvət edib.
Fərəc Qarayevin “Qobustan kölgələri” baleti iyunun 17-də Qobustanda açıq səma altında da nümayiş etdiriləcək.
Akademik Milli Dram Teatrı həmin günlərdə artıq tamaşaçı rəğbəti qazanan səhnə əsərlərinə üstünlük verəcək.
Dövlət Musiqili Teatrı da Avropa Oyunları ilə bağlı xüsusi
tədbirlər planı hazırlayıb. Teatrın direktoru, Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev Publika.az-a bildirib ki,
iyun ayında 15 tamaşanın 24 dəfə nümayiş olunması nəzərdə tutulur:
“Bu səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları
daxildir. Ölkəmizə dünyanın müxtəlif ölkələrindən qonaqların
gələcəyini nəzərə alaraq repertuarımızda olan bir sıra əsərləri
ingilis dilinə tərcümə etmişik. Həmin nümunələr ingilis dilində
tərcümə sətirlər - qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımız
üçün nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi
ilə yaradılan bu imkanlar bundan sonra tamaşalarımızın xarici
dillərdə nümayişinə də imkan yaradacaq. Biz bu günlərdə artıq bu
təcrübədən istifadə etmişik”.
Dövlət Rus Dram Teatrının məlum tədbir müddətindəki repertuarı da zəngindir. “Karamazov qardaşları”, “Maskarad”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Yeddi gözəl”, “Yay gecəsində yuxu”, “Büllur sarayda” kimi tamaşalar nümayiş olunacaq.
Gənc Tamaşaçılar Teatrında iyun ayı üçün nəzərdə tutulmuş repertuarı tərtib edilib. Qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından da klassik örnəklər– “Müsyö Jordan və dərviş Məstəli şah”, “Pəri cadu”, “Şeyx Sənan” kimi sanballı səhnə əsərləri təqdim ediləcək.
Azərbaycan Dövlət Kukla Teatrı klassik və müasir əsərlərin əsasında hazırlanmış tamaşalarla qonaqların və tamaşaçıların xidmətində olacaq.
Cəvahir
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO