Bakı 2015
İradə Yaqubova: “Avropa Oyunlarının təşkili Azərbaycan üçün şərəf və məsuliyyətdir”
“İlk Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi respublikamızın tarixinə əlamətdar hadisə kimi düşəcək. Belə mötəbər oyunları təşkil etmək və keçirmək Azərbaycan üçün həm şərəfli, həm də məsuliyyətlidir. Nəzərə alsaq ki, bunun üçün cəmi 2 ildən artıq müddət verilmişdi, bu, məsuliyyəti ikiqat artırır”.
“ElS” Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Publika.az-a açıqlamasında bildirib ki, ilk qitə oyunlarının respublikamıza ancaq xeyri olacaq: “Şübhəsiz ki, dünya dövlətləri ölkəmizi yaxşı tanıyır və Cənubi Qafqaz regionunda aparıcı dövlət kimi bizimlə hesablaşır. Lakin ilk Avropa Oyunlarının məhz bizim respublikamızda keçirilməsi Azərbaycanı bütün dünyaya beynəlxalq səviyyəli idman məkanı kimi tanıdacaq. İkincisi, son 5 ildə müxtəlif beynəlxalq tədbir və müsabiqə, o cümlədən Avropa dövlətlərinin hər il böyük həvəslə iştirak etdiyi “Eurovision” və digər möhtəşəm tədbirlərin Bakıda keçirilməsi ölkəmizdə turizmin inkişafı üçün çox gözəl imkanlar yaradıb”.
Onun sözlərinə görə, turizm infrastrukturunu inkişaf etdirərək dünya turizm məkanına uğurla inteqrasiya olunan, bu sahədə beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan üçün bu kimi möhtəşəm tədbirlərin təşkili və ölkəmizdə keçirilməsi zəruri və təqdirəlayiqdir: “Bizim üçün ən önəmli faktor: ölkəmizin beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə etməsi və idman infrastrukturunun inkişafıdır. Son illər idmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı artır və iyun ayında Bakıda baş tutacaq Avropa Oyunları gənclərin qarşısında yeni perspektivlər və imkanlar açır”.
Anar Tağıyev
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI














.jpg)



















.jpg)

.jpg)