Bakı 2015
Məşəl Ağdaşda - FOTO
Mayın 22-də “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Göyçaydan Ağdaş rayonuna gətirilib.
Publika.az xəbər verir ki, “Bakı-2015”-in məşəlini qarşılamaq, onun təqdimatında iştirak etmək üçün küçə və meydanlara minlərlə rayon sakini çıxıb.
Avropa Oyunlarının rəmzi qapısında məşəli məşqçi-müəllim Rüstəm Şamilov qəbul edib. O, hisslərini belə dilə gətirib:
“I Avropa Oyunlarının məşəlini Ağdaşda qəbul etmək mənə nəsib olduğu üçün özümü xoşbəxt hesab edirəm. Bu Oyunların Azərbaycanda keçirilməsi hər birimizdə fərəh hissi oyadır”.
Daha sonra beynəlxalq turnirlərdə Azərbaycanın adını yüksəltmiş 10 idmançı Avropa Oyunlarının rəmzi qapısından məşəl yürüşünə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar 3 kilometr məsafəni Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Heydər Əliyev Meydanına gəliblər.
Avropa Oyunlarının məşəlini alovlandıran rayonun fəal gənclərindən biri, tələbə Səbinə Əlipaşayeva olub.
Məşəldən götürülmüş alovla yandırılan “Bakı-2015”-in çırağı rayon ictimaiyyətinə təqdim edildi. Boks üzrə üçqat Azərbaycan çempionu Rüfət Nəbiyev tərəfindən yandırılan çıraq ilk Avropa Oyunları başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təfil verilib.
Tədbirdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Ağdaşda tədbir 15:30-da yekunlaşıb. Daha sonra məşəl Mingəçevirə yola salınıb.
Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.
10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı 2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Aygün İlqarqızı
-
ABŞ09:19Kelloq Rusiyanın dərinliklərinə zərbəni dəstəklədi: "Belə də lazımdır!"
-
Region08:48İranda yüksək rütbəli polis zabiti sui-qəsdlə öldürüldü - Pezeşkian tapşırıq verdi
-
Avropa08:00Zooparkda pələng kişini parçaladı
-
Magazin207:30“Sınıq fənərlərin küçələri” teleserialının aktyoru vəfat etdi - FOTO
-
İdman06:46“Barselona” və “Real” qələbə qazandı
-
Magazin206:16Qala gecəsinə elə geyimdə gəldi ki... - FOTO
-
Dəb05:15Məşhur aparıcı payızın zərif trendini açıqladı - FOTO
-
ABŞ03:43Edamdan sağ çıxan qadından yeni xəbər var












.jpg)




















.jpg)



