Bakı 2015
“I Avropa Oyunlarına ev sahibliyi etməyə Azərbaycanın tam haqqı var”
“İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin böyük üstünlüyü var. Təbii ki, bu tədbir Azərbaycanda keçirilirsə, ölkəmiz həm idman imkanlarına və nailiyyətlərinə, həm iqtisadi göstəricilərinə, coğrafiyasına və digər mühüm amillərə görə bu uğura nail olub”.
Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.O qeyd edib ki, Avropa Oyunlarına da təxminən 50 ölkədən minlərlə idmançı, xeyli sayda turistlər gələcək: “İndiyə qədər dünyanın harasında Olimpiya oyunları keçirilirsə həmin şəhərlər, ölkələr tarixə düşürlər. Yəni elmi, siyasi konfranslar, müsiqi, mədəniyyət festivalları ilə müqayisədə idman ölkəni tanıtmaq baxımdan daha öndə gedir. İlk Avropa Oyunlarına ev sahibliyi etməyə Azərbaycanın tam haqqı var. Son zamanlar ölkəmizdə idman sahəsində yeniyetmələrin uğurları artır. Yəni bu sahədə yeni nəsil yetişir. İdman sahəsində qazanılan nailiyyətlər artır. İdman kompleksləri, yolların abadlaşması, şəhərlərin inkişafı, turizm obyektləri və digər infrastrukturlar uzun illər xalqın xidmətində olacaq. Eyni zamanda, turizmin inkişafına da geniş imkanlar yaranacaq. Bütün bunlar həm də, Azərbaycanın reklamıdır.
Çünki xaricdən gələn qonaqlar Azərbaycanın nailiyətlərini dünyada təbliğ edəcəklər. Bunlardan əlavə, müvafiq sahələr üzrə kadrların yetişdirilməsi baxımından da bu tədbirin əhəmiyyəti qeyd olunmalıdır. Çünki vaxtilə müxtəlif sahələr üzrə mütəxəssislər xaricdən dəvət olunurdu, amma indi həmin mütəxəssislər, kadrlar ölkəmizdə yetişdirilir. Onu da deyim ki, ilk Avropa Oyunları ölkəmizdə idmanın kütləviliyinə də müsbət təsir edəcək”.
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
















.webp)







.jpg)











.jpg)

.jpg)