Bakı 2015
Patrik Hikki: I Avropa Oyunları Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli hadisələrindəndir
Azərbaycan I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Avropa Olimpiya Komitəsinə (AOK) əsaslı ərizə təqdim eib.
Trend-in məlumatına görə, bunu AOK-un prezidenti Patrik Hikki "Bakı 2015" I Avropa Oyunlarına həsr edilmiş "The Business Year" jurnalının xüsusi buraxılışında dərc edilən müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanın təklif etdiyi konsepsiya innovativ idi və əminlik yaradırdı ki, bütün infrastruktur vaxtında hazır olacaq və ən yüksək beynəlxalq standartlara uyğun gələcək: "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) hazırda bütün vədlərin icrası üzərində işləyir. BEGOC-un bu Oyunları hazırlamaq üçün cəmi 30 ay vaxtı olub".
P.Hikki qeyd edib ki, miqyasına görə Qış Olimpiya Oyunlarına bənzəyən I Avropa Oyunları kimi yarışların belə qısa müddətdə təşkil edilməsi yalnız BEGOC-in əməkdaşlarının gərgin işi və peşəkarlğı sayəsində mümkün oldu.
O əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın dəstəyi Avropa Oyunları üçün həlledici əhəmiyyətə malikdir: "Oyunlar Azərbaycanın müasir tarixində ən əhəmiyyətli hadisələrdən biri olacaq. Bakı 2012-ci ildən "Formula One" Qran-pri (2016-cı il), İslam Həmrəyliyi Oyunları (2017) və Avro-2020-nin oyunları kimi vacib idman tədbirlərini keçirmək hüququnu əldə edib".
AOK prezidentinin sözlərinə əsasən, I Avropa Oyunları Azərbaycanda idman dünyası üçün pəncərə açdı və ölkə bu imkandan istifadə etdi: "I Avropa Oyunları qitəyə birləşməyə də kömək edəcək və buna görə də Oyunlar idman təqvimində zəruri yenilkdir".
-
Qoroskop01:40Günün ulduz falı: sizin üçün yeni mərhələ başlayır
-
Hadisə01:20Azərbaycanda sabiq icra başçısı vəfat etdi - Foto
-
Hadisə26 Aprel 22:58Xəzərdə güclü zəlzələ baş verdi - Yeniləndi
-
Hadisə26 Aprel 22:26Bakıda 11-ci sinif şagirdi vəfat etdi - Foto
-
Dünya26 Aprel 19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq26 Aprel 18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Hadisə26 Aprel 17:50Əməkdar artist vəfat etdi
-
Hadisə26 Aprel 17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var



































.png)