Bakı 2015
Birinci Avropa Oyunlarının məşəli Zaqatalaya gətirilib (FOTO)
Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzən birinci Avropa Oyunlarının məşəli mayın 23-də axşam saatlarında “qızılgüllər diyarı” Zaqatalaya gətirildi.
Birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün Zaqatala
şəhərinin Dövlət Bayrağı meydanına toplaşan minlərlə rayon sakini
əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək məşəl yürüşünün
iştirakçılarını alqışlarla qarşıladılar.
Budo döyüş növləri üzrə dünya çempionu, idman ustası Təbriz
Balaxanov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul
etdi. O, nəzərdə tutulan məsafəni qət etdikdən sonra məşəli növbəti
iştirakçıya – 2011-ci ildə Belqradda keçirilmiş XXI Beynəlxalq
şahmat festivalının qalibi Xədicə Xəlilovaya ötürdü.
Estafeti davam etdirən sonrakı məşəlçilər Heydər Əliyev prospekti,
Dədə Qorqud, 28 May, Üzeyir Hacıbəyli və Sülh küçələri boyunca 2700
metrə yaxın məsafə qət edərək birinci Avropa Oyunlarının məşəlini
Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisinə gətirdilər. 1830-cu
ildə inşa edilmiş Zaqatala qalasının ərazisinə toplaşan minlərlə
zaqatalalı birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması
mərasimini böyük coşqu ilə izlədilər.
Zaqatala şəhər 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi,
2014-cü ildə İnquşetiyada keçirilmiş cüdo idman növü üzrə
beynəlxalq turnirin mükafatçısı Ariz Məmmədov meydanın mərkəzində
qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırdı. Meydana toplaşanlar
bu unudulmaz anı sürəkli alqışlarla qarşıladılar.
Məşəldən alovlandırılan “Bakı-2015”-in çırağı ilk Avropa Oyunları
başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil
verildi.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa
Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirən videoçarx
göstərildi.
Mərasim atəşfəşanlıqla başa çatdı.
-
Qoroskop01:40Günün ulduz falı: sizin üçün yeni mərhələ başlayır
-
Hadisə01:20Azərbaycanda sabiq icra başçısı vəfat etdi - Foto
-
Hadisə26 Aprel 22:58Xəzərdə güclü zəlzələ baş verdi - Yeniləndi
-
Hadisə26 Aprel 22:26Bakıda 11-ci sinif şagirdi vəfat etdi - Foto
-
Dünya26 Aprel 19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq26 Aprel 18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Hadisə26 Aprel 17:50Əməkdar artist vəfat etdi
-
Hadisə26 Aprel 17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var



































.png)