Bakı 2015
Mətanət: “Hər zaman ilklər tarixə çevrilir”
Bəstəkar Mətanət Dadaşova Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının ölkəmizin dünya dövlətləri sırasında möhkəmlənməsində müstəsna rol oynayacağını düşünür.
Publika.az-a açıqlama verən bəstəkar hər bir ölkə vətəndaşını bu beynəlxalq tədbirə qatılmağa səsləyib: “Dünyada ilk olan beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi təqdirəlayiq hadisədir. Axı hər zaman ilklər tarixə çevrilir. Tarixə yazılacaq həmin tədbirə artıq sayılı günlər qalıb. Tezliklə Azərbaycan möhtəşəm və əzəmətli bayramın dadını çıxaracaq. Dünyanın 50-dən artıq ölkəsindən idmançı, jurnalist, eyni zamanda turist Bakıya gələcək. Biz onları adımıza layiq şəkildə qarşılayıb, yola salmalıyıq. Biz tarixi qədimlərə gedib çıxan mədəni və tarixi ənənələri olan bir ölkə olduğumuzu hər kəsə nümayiş etdirməliyik. Bu möhtəşəm tədbir ölkəmizin dünya ölkələri sırasında onsuz da artan mövqeyini bir az da artıracaq. Hər kəs Azərbaycandan bəhs edəcək. Mən hər kəsi bu möhtəşəm bayram təntənəsinə qatılmağa səsləyirəm”.
Xanım bəstəkar bu möhtəşəm tədbirin hələ uzun illər danışılacağına da əmin olduğunu deyib: “Bakı-2015” Birinci Avropa Oyunları hələ uzun illər insanların yaddaşında yaşayacaq. Hər dəfə bu möhtəşəm tədbir keçirilən zaman Azərbaycanın adı vurğulanacaq. Bu xalqımız, ölkəmiz üçün bir fəxrdir”.
Cəvahir
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Avropa09:57Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri - Təhlil
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO


























.jpg)







.jpg)

.jpg)