Bakı 2015
Varşavada birinci Avropa Oyunlarının təqdimatı olub - FOTO
Varşavada, Olimpiya piknikində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
Polşanın paytaxtında artıq 17-ci dəfə keçirilən Olimpiya piknikinin əsas mövzusu birinci Avropa Oyunları olub. Tədbir Visla çayının sahilində onlarca hektar ərazidə yerləşən Kempa Pototska parkında keçirilib. Burada adətən xalq gəzintiləri və velosipedçilərin yarışları təşkil olunur.
Parkda quraşdırılmış böyük monitorda “Bakı-2015” haqqında film
fasiləsiz nümayiş etdirilib. Bir çox yerlərdə quraşdırılmış
stendlərdə Bakının görüntüləri və birinci Avropa Oyunlarına
hazırlıqla əlaqədar hadisələr əks olunub.
Polşa Olimpiya Komitəsinin mətbuat katibi Henrik Urbas Olimpiya
piknikinin iştirakçılarına bildirib ki, bugünkü tədbirin mövzusu
iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtı Bakı şəhərində
keçiriləcək birinci Avropa Oyunlarıdır. O qeyd edib ki, Polşa
Olimpiya Komitəsi idarə heyətinin qərarı ilə Avropa Oyunlarında
Polşanın 214 idmançısı iştirak edəcək. Ümumiyyətlə, Polşanın
nümayəndə heyəti 334 nəfərdən ibarət olacaq. Polyak idmançılar
badminton, boks, gimnastika, akrobatika, cüdo, kanoyedə avarçəkmə,
karate, velosiped idmanı, kamandan oxatma, voleybol (üstüörtülü
meydanda və çimərlikdə), üzgüçülük, sinxron üzgüçülük,
suyatullanma, sambo, qılıncoynatma, taekvondo, stolüstü tennis,
triatlon və güləş kimi idman növləri üzrə yarışlarda iştirak
edəcəklər.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov tədbirdə çıxış edərək
Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş
Pexoçinskiyə, idman və turizm naziri Ancey Bernata təqdimatda
iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Səfir hamını
Bakıya dəvət edib. O deyib: “Sizi ən yaxın insanlar kimi
qarşılayacaqlar”.
Polşa Olimpiya Komitəsinin prezidenti Ancey Krasnitski deyib ki,
təntənəli tribunada Polşanın müxtəlif dövrlərdə Olimpiya
Oyunlarının mükafatlarını qazanmış idmançıları var. O, bu
idmançılara təşəkkür edərək gənc idmançılara uğurlar diləyib.
A.Krasnitski qeyd edib ki, Bakıda keçiriləcək birinci Avropa
Oyunları bu ilin böyük idman yarışlarından biridir.
Azərbaycanın Polşadakı səfirliyi tərəfindən təşkil olunmuş
“Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı çərçivəsində
Olimpiya piknikinin iştirakçılarına “Bakı-2015” loqotipli nişanlar,
bu yarışlar haqqında, habelə ölkəmizin mədəniyyəti və tarixi barədə
bukletlər paylanıb, gəzintinin iştirakçılarını milli şirniyyata,
müxtəlif sərinləşdirici içkilərə, çaya qonaq ediblər.
Gəzintinin gənc iştirakçılarına Polşa Olimpiya Komitəsinin nəşri
olan “Olimpuski” jurnalının uşaq əlavəsi – “Olimpionik” jurnalı
paylanıb. Jurnalın uşaqlar üçün olan versiyasında və əsas jurnalda
qarşıdakı Avropa Oyunlarından bəhs edən məqalələr dərc olunub.
Kempa Pototska parkında Azərbaycan xalq musiqisi səsləndirilib.
Varşava sakinləri qarşısında musiqiçilər qrupunun müşayiəti ilə
muğam ifaçısı Aytən Məhərrəmova çıxış edib.
Sonra müxtəlif yaş kateqoriyalarında idman yarışları keçirilib.
-
Qoroskop01:40Günün ulduz falı: sizin üçün yeni mərhələ başlayır
-
Hadisə01:20Azərbaycanda sabiq icra başçısı vəfat etdi - Foto
-
Hadisə26 Aprel 22:58Xəzərdə güclü zəlzələ baş verdi - Yeniləndi
-
Hadisə26 Aprel 22:26Bakıda 11-ci sinif şagirdi vəfat etdi - Foto
-
Dünya26 Aprel 19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq26 Aprel 18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Hadisə26 Aprel 17:50Əməkdar artist vəfat etdi
-
Hadisə26 Aprel 17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var



































.png)