Bakı 2015
Şahin Mustafayev I Avropa Oyunlarının perspektivlərindən danışdı
“Azərbaycanda keçiriləcək I Avropa Oyunları ölkə iqrisadiyyatının dayanıqlı inkişafı üçün bir lokomotiv rolu oynayacaq”. Bunu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində deyib.
Ş.Mustafayev bildirib ki, bu Oyunların Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkədəki iqtisadi və siyasi sabitliyin, eyni zamanda? Azərbaycanın beynəlxalq nüfuzunun və böyük tədbirlərə və yarışlara ev sahibliyi etmək təcrübəsinin nəticəsidir.
Nazir bildirib ki, I Avropa Oyunlarının keçirilməsi ölkəmizdə sağlam həyat tərzinin və idmanın, infrastrukturun inkişafına, məşğuliyyətin artmasına mühüm təsir göstərəcək, həmçinin ölkəmizə gələcək çoxlu sayda qonaqlar turizmin və xidmət sektorunun inkişafına şərait yaradacaq.
Ş.Mustafayev həmçinin vurğulayıb ki, bu Oyunlar sayəsində ölkəmizin müsbət imici daha da artacaq, uzunmüddətli investisiyalar çoxalacaq və həmçinin gələcəkdə digər nüfuzlu tədbirlərə ev sahibliyi etmək imkanı yaranacaq: “Oyunlarda iştirak edəcək idmançılar və qonaqlar Azərbaycanı daha yaxından tanıyacaq və ölkəmizin uğurlu inkişaf modelini görəcəklər”.
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Avropa09:57Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri - Təhlil
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO


























.jpg)







.jpg)

.jpg)