Bakı 2015
Məşəl Qəbələdə - FOTO
Mayın 26-da Qəbələ rayonunda əsl bayram əhval-ruhiyyəsi yaşandı. Əllərində Azərbaycanın üçrəngli bayrağı, Avropa Oyunlarına aid şüarlar yazılmış plakatlar və gül dəstələri tutan on minlərlə rayon sakini küçələrə çıxaraq “Bakı-2015”-in məşəl estafeti iştirakçılarını böyük sevinclə qarşıladılar.
Qəbələ şəhərinin Heydər Əliyev prospektində quraşdırılan “Bakı-2015” ilk Avropa Oyunlarının rəmzi qapısında məşəli bədən tərbiyəsi müəllimi Anar Mustafayev qəbul etdi.
Sonra on nəfər idmançı 2,5 kilometr məsafədə məşəl yürüşünü davam etdirdi. Gənc idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev, Səməd Vurğun küçələrindən keçməklə Heydər Əliyev parkına gəldilər. Qəbələ Olimpiya İdman Kompleksinin məşqçisi Ehsan Nəzirov səhnəyə qalxaraq məşəli alovlandırdı. Birinci Avropa Oyunlarının çırağını isə meydana toplaşanların sürəkli alqışları altında 11-ci sinif şagirdi Bəhram Əhmədzadə yandırdı. Çıraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim olundu.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
-
İdman06:46“Barselona” və “Real” qələbə qazandı
-
Magazin206:16Qala gecəsinə elə geyimdə gəldi ki... - FOTO
-
Dəb05:15Məşhur aparıcı payızın zərif trendini açıqladı - FOTO
-
ABŞ03:43Edamdan sağ çıxan qadından yeni xəbər var
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO































.jpg)



