Bakı 2015
Gəncədə Bakı 2015 fləşmobu - VİDEO/FOTO
Gəncədə Avropa Oyunları ilə bağlı keçirilən möhtəşəm fləşmob “Ginnesin rekordlar kitabı”na düşə bilər.
Publika.az xəbər verir ki, “Bakı-2015” Birinci Avropa Oyunları ərəfəsində Gəncədə möhtəşəm fləşmob təşkil olunub. 6000 gəncin iştirakı ilə keçirilən bu aksiyada Birinci Avropa Oyunlarının simvolu canlandırılıb. Gənclər şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq, bu idman bayramının sevincini özünəməxsus şəkildə yaşayıblar.
“Bakı-2015”in simvolunu yaradan gənclər bununla həm də birinci Avropa Oyunları ətrafında birləşdiklərini nümayiş etdiriblər.
Aksiya eyni zamanda “Ginnesin dünya rekordları” komissiyası tərəfindən izlənilib.
Qeyd edək ki, bundan əvvəl İraq bayrağı 4200 nəfərin iştirakı ilə yaradılıb. Aprelin 2-də Bağdadda qeydə alınan bu fakt insanların iştirakı ilə yaradılan ən böyük mozaika kimi Ginnesin dünya rekordları siyahısına düşüb.
Gəncədə 6000 nəfərin “Bakı-2015” Birinci Avropa Oyunlarının simvolunu yaratması ilə bu rekord təzələnib. Komissiya hazırda bununla əlaqədar daxil olan müraciətə baxır.
“Bakı 2015”ə həsr olunan ən böyük fləşmobdan videonu sizə təqdim edirik:
-
Dəb05:15Məşhur aparıcı payızın zərif trendini açıqladı - FOTO
-
ABŞ03:43Edamdan sağ çıxan qadın yeni xəbər var
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
































.jpg)



