Bakı 2015
Bakı 2015: Taekvondoçularımızın adı məlum oldu
I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək taekvondoçuların adlarına aydınlıq gəlib.
Publika.az-ın məlumatına görə, oyunlarda 4 kişi və 4 qadın taekvondoçu ilə təmsil olunacağıq. Kişilərin mübarizəsində Məhəmməd Məmmədov (58 kq), Ayxan Tağızadə (68 kq), Milad Beygi Harçeqani (80 kq) və yeni dünya çempionu Radik İsayev (+80 kq) çıxış edəcək. Qadınlardan isə Patimat Akabarova (49 kq), Günay Ağakişiyeva (57 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyeva (+67 kq) yarışacaq.
Bu barədə Publika.az-a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev məlumat verib. O, açıqlamasında adıçəkilən idmançıların hansı göstəriciyə görə seçilməsinə də toxunub:
“İdmançılar il boyu keçirilən bütün beynəlxalq turnirlərdə qazanılan nəticələr, həmçinin axırıncı dünya çempionatında göstərdikləri performansa görə bu mötəbər turnirə seçiliblər. Biz I Avropa Oyunlarında iştirak etmək üçün ən güclülərimizi seçmişik. İnanıram ki, seçilmiş 8 idmançıdan bayrağımızı qaldırıb himnimizi səsləndirənlər olacaq. Bu gücə sahib, buna layiq idmançılarımız var. Onu da qeyd edim ki, fevral ayında məşq vaxtı ayağını zədələyən dünya və Avropa çempionatlarının mükafatçısı Ramin Əzizov hələ tam sağalmayıb. Buna görə də, Əzizov I Avropa Oyunlarına yox, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlara qatıla biləcək”.
Qeyd edək ki, taekvondo yarışları Bakı Kristal Zalında keçiriləcək. İyunun 16-da start götürəcək mübarizə 4 gün davam edəcək.
Aygün İlqarqızı
-
Dəb05:15Məşhur aparıcı payızın zərif trendini açıqladı - FOTO
-
ABŞ03:43Edamdan sağ çıxan qadın yeni xəbər var
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
































.jpg)



