Bakı 2015
Məşəl Kürdəmirdə
Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli mayın 27-də Kürdəmir şəhərinə gətirilib.
Publika.az xəbər verir ki, sosial-iqtisadi inkişafın yeni mərhələsini yaşayan Kürdəmirdə ilk Avropa Oyunlarının məşəli böyük coşqu ilə qarşılandı. Şəhərin, eləcə də kəndlərin minlərlə sakini Bakı prospektindəki Heydər Əliyev parkının qarşısında bayramsayağı bəzədilən Oyunların rəmzi qapısında məşəlin qarşılanması mərasimini şən musiqi və sürəkli alqışlarla izlədilər.
Məşəl əməkdar bədən tərbiyəsi və idman xadimi, yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatının yeddiqat bürünc mükafatçısı Əlsahab Əlabbasov tərəfindən qəbul olundu. Sonra 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Bakı və Heydər Əliyev prospektlərindən keçməklə, rayon icra hakimiyyətinin inzibati binasının qarşısındakı meydana gəldilər. Burada quraşdırılan səhnəyə qalxan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, məşqçi-müəllim Samir Şükürov məşəli alovlandırdı. Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.
Mərasimdə birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx göstərildi.
Kürdəmirdə məşəlin qarşılanması mərasiminin yaratdığı bayram təntənəsi yerli incəsənət ustalarının ifasında səsləndirilən şən musiqi proqramı ilə daha da rövnəqləndirildi.
-
Dəb05:15Məşhur aparıcı payızın zərif trendini açıqladı - FOTO
-
ABŞ03:43Edamdan sağ çıxan qadın yeni xəbər var
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
































.jpg)



