Bakı 2015
Xorvatiyanın idman kanalı “Bakı 2015”-i işıqlandıracaq
Bu gün Bakı 2015 Avropa Oyunlarının Xorvatiyada açılış mərasiminin işıqlandırılması haqqında yayım sövdələşməsi imzalandı.
Publika.az xəbər verir ki, 12-28 iyun tarixlərində baş tutacaq Bakı 2015 yarışları 2011-ci ildə Milli Olimpiya Komitəsi tərəfindən təsis edilən, ilk TV kanalı olan və pulsuz yayımlanan Sportska Televizija (SPTV) kanalında hər gün 10 saat ərzində yayımlanacaq. SPTV kanalı həm də Açılış və Bağlanış mərasimlərini nümayiş etdirəcək. Habelə Xorvatiya idmançılarının iştirakının təşviqat səciyyəli materiallar vasitəsilə geniş surətdə işıqlandırılmasını təmin edəcək.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Bakı 2015 Avropa Oyunları Avropa idmanı üçün həddindən çox vacibdir və buna görə də biz bütün qitə və dünya tamaşaçılarının yarışları izləyə bilməsini təmin etmək üçün bu qədər ciddi-cəhdlə işləmişik. SPTV kanalı ilə bağlanmış bu saziş sayəsində Xorvatiya auditoriyası öz idmançılarını dəstəkləməklə, Oyunlarda qiyabi olaraq iştirak edə biləcəklər”.
SPTV kanalının baş redaktoru cənab Yura Ozmek əlavə edib: “Avropa Oyunları SPTV kanalına mükəmməl dərəcədə uyğun gəlir. Bakıda 20 idman növü üzrə yarışlar keçirilir və onların əksəriyyəti Xorvatiya tamaşaçılarının böyük marağına səbəb olur. Xorvatiya həmin idman növlərinin 18 növü üzrə təmsil olunacaq və biz ümidvarıq ki, o, bütün bu idman növləri üzrə medala iddia edən ölkələr arasında olacaq. Biz Xorvatiyaya bu idman bayramını bəxş etməkdə tamamilə qətiyyətliyik və 12 iyunda baş tutacaq Açılış mərasimini səbirsizliklə gözləyirik. BAOƏK ilə tərəfdaşlıq etməkdən məmnun qaldıq və bir yerdə Avropa və Xorvatiya idmanında yeni bir səhifə açacağıq”.
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi























.jpg)

.png)




.jpg)










