Bakı 2015
Əməkdar məşqçi: “I Avropa Oyunlarında onlardan medallar gözləyirik”
Bakı Gimnastika Məktəbinin direktoru, batut və tamblinq üzrə beynəlxalq dərəcəli hakim, Azərbaycanın əməkdar məşqçisi Adil Hüseynzadə gimnastlarımızdan medal gözlədiyini deyib.
Publika.az-a açıqlama verən məşqçi gimnastikanın bütün növlərində güclü idmançılarımızın yetişdiyini bildirib:
“Avropa Oyunları zamanı azərbaycanlı idmançılara hər növdə böyük ümid var. Əminliklə deyə bilərəm ki, idmançılarımız medallar uğrunda mübarizə aparacaqlar. Əvvəllər sadəcə bədii gimnastikada güclü idik. İndi isə bütün növlər üzrə mükafatlar qazanacağımıza ümid edirik. Gimnastlarımız Oleq Stepko və Pyotr Paxnyuk hazırda əla formadadırlar. İlk dəfə Azərbaycanda keçiriləcək bu mötəbər turnirdə həmin idmançılarımızdan medallar və uğurlar gözləyirik”.
Əməkdar məşqçi son dövrlərdə gimnastikaya marağın və izləyicilərin daha da artdığını deyib.
Xatırladaq ki, idman gimnastikası, bədii gimnastika və batut üzərindən tullanma yarışları – eyni zamanda, iki yeni qeyri-olimpiya növü olan aerobika və akrobatika Avropa Oyunlarında nümayiş olunacaq. Gimnastika yarışları 6 gün müddətində ölkələrini fərdi, qrup və qarışıq şəkildə təmsil edəcək ümumilikdə 446 kişi və qadın gimnast arasında keçiriləcək. 5 növ üzrə ümumilikdə 34 medal veriləcək. Bu, su idmanı növündən sonra medal sayına görə ikinci ən yüksək göstəricidir.
I Avropa Oyunları üçün ölkəmizə gələn gimnastlar öz hünərlərini Milli Gimnastika Arenasında göstərməyə çalışacaqlar. Arenanın tamaşaçı tutumu 6862 nəfərdir.
Gimnastlarımız ölkəmizdə təşkil olunmuş bu mötəbər yarışda 5 növdə güclərini sınayacaqlar. 34 medal uğrunda mübarizə olacaq. İdmançılarımız gimnastikanın 5 növü - Akrobatik gimnastika, Aerobik gimnastika, Idman gimnastikası, Bədii gimnastika və tramplin - üzrə özlərini göstərəcəklər.
Akrobatik Gimnastika üzrə yarış iyun ayının 17-də başlayacaq. Finallar iyunun 19-na və 21-nə təsadüf edəcək. Aerobik gimnastika isə 3 gün olacaq. İdman gimnastikası üzrə yarışlar 4 gün davam edəcək. İyunun 15-i, 18-i və 20-si final görüşləri baş tutacaq. Tramplin növü üzrə yarışlar da 3 gün davam edəcək.
Ən maraqla gözləniləni isə Bədii gimnastikadır. 3 gün davam edəcək yarışın finalları da həmin gün baş tutacaq. Yarışlar iyunun 17-si, 19-u və 21-nə təyin olunub.
Aygün İlqarqızı
-
ABŞ03:43Edamdan sağ çıxan qadın yeni xəbər var
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin110 Oktyabr 20:24Lətifə bu kanalda aparıcılıq edəcək
































.jpg)



