Bakı 2015
Taekvondoçumuz: “Avropa Oyunlarında zəif rəqib yoxdur”
Avropa Oyunlarında taekvondo üzrə 58 kq. çəki dərəcəsində ölkəmizi Məhəmməd Məmmədov təmsil edəcək. Uzun müddətdir ki, bu idman növü ilə məşğul olur.
M.Məmmədov Publika.az-a İlk Avropa Oyunlarındakı rəqiblərindən danışıb. O həmçinin yaxşı nəticə göstərmək üçün əllərindən gələni edəcəyini deyib: “Dünya çempionatından sonra hazırlıqlarımız qaldığı yerdən davam edir. Vətəndə layiqli bir nəticə göstərməliyik. Məlumdur ki, I Avropa Oyunlarına hər ölkədən güclü idmançılar gələcək. Zəif rəqib yoxdur. Amma buna baxmayaraq ümid edirik ki, yaxşı olacaq. Çünki bizim məşq etməyimiz, çalışmağımız üçün hər cür şərait yaradılıb. Biz nəticə göstərməyə borcluyuq. Ona görə də əlimizdən gələni edəcəyik ki, medallar qazanaq, himnimizi səsləndirək”.
Qeyd edək ki, taekvondo yarışları Bakı Kristal Zalında keçiriləcək. İyunun 16-da start götürəcək mübarizə 4 gün davam edəcək.
Aygün İlqarqızı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO



































.jpg)

.jpg)