Bakı 2015
Ağsuda məşəl estafeti böyük coşqu ilə qarşılandı
Bakı 2015 Birinci Avropa Oyunlarının məşəli mayın 29-da Ağsuya gətirilib və burada minlərlə sakinin iştirakı ilə möhtəşəm qarşılanma mərasimi keçirilib.
Publika.az xəbər verir ki, Birinci Avropa Oyunlarının məşəli şəhərin gül-çiçəklərlə bəzədilən, Azərbaycanın üçrəngli bayraqlarının dalğalandığı Heydər Əliyev prospektinin girişində, Oyunların rəmzi qapısında qarşılandı. Məşəl rayon sakini, fəal gənc Elnur Fərzəlizadə tərəfindən qəbul edildi.
Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən ağsuluların alqışları ilə Heydər Əliyev prospekti, Üzeyir Hacıbəyli küçəsindən keçməklə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gəldilər.
Ağsu Rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Cəmil Atakişiyev səhnəyə qalxaraq məşəli alovlandırdı. Kikboksinq üzrə dördqat dünya və Avropa çempionu Elşad Ələsgərov birinci Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.
Sonra birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Məşəlin qarşılanması münasibətilə təşkil olunan konsert, müğənni və rəqqasların bir-birini əvəz edən çıxışları iştirakçılara bayram sevinci yaşatdı.
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır



































.jpg)

.jpg)