Bakı 2015
Xalq şairi: “Avropa Oyunları bir ilk kimi tarixdə qalacaq”
Xalq şairi İlyas Tapdıq ölkəmizdə keçirilən “Bakı 2015” Birinci Avropa Oyunlarını tarixi hadisə kimi dəyərləndirib.
Publika.az-a danışan İlyas Tapdıq bu tarixi hadisədən qürurlandığını bildirib:
“Azərbaycanın Avropa oyunlarına ev sahibliyi edəcəyi o möhtəşəm tarixə çox az vaxt qalıb. İyunun 12-də bütün dünyanın gözü ölkəmizdə keçiriləcək möhtəşəm tədbirə dikiləcək. Dünyanın 50-dən artıq ölkəsinin idmançıları, turistləri, qonaqları Bakıya gələcək. Bu təkcə idmançıların yarışması deyil, eyni zamanda böyük bir mədəniyyət hadisəsidir. Mən deyərdim ki, bayram təntənəsidir. Bu bayram münasibəti ilə bütün xalqımı təbrik edirəm. Heyf ki, səhhətim əl vermir, yoxsa, belə bir izdihamı yaxından izləyərdim. Hər kəsə tövsiyəm odur ki, bu tarixi hadisəni daha yaxından izləmək şansını əldən verməsinlər”.
İlklərin hər zaman tarixə həkk olunduğunu deyən xalq şairi Avropa Oyunlarının da tarixə qızıl hərflərlə həkk olunacağını deyib:
“Azərbaycanın adı tarixə bir çox ilklərlə yazılıb. Avropa Oyunları da növbəti bir ilk kimi tarixdə qalacaq. Yaşasın Azərbaycan!”
Cəvahir
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır



































.jpg)

.jpg)