Bakı 2015
Cəmaləddin Məhəmmədov: “Avropa Oyunlarında qələbələrimizlə hər kəsi sevindirmək istəyirik”
“Qızıl Qran-Pri” beynəlxalq turnirinin və Dünya çempionatının mükafatçısı, sərbəst güləş üzrə yığma komandanın üzvü Cəmaləddin Məhəmmədov da Avropa Oyunları ilə bağlı fikirlərini bölüşüb.
O, Publika.az-a açıqlamasında gözəl qələbələrlə azarkeşlərimizi sevindirmək arzusunda olduğunu bildirib:
“Sevinirik ki, ölkəmizdə ilk dəfə bu cür turnir keçirilir. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqləyir. Biz idmançılar isə çalışacağıq ki, öz qələbələrimizlə azarkeşlərimizi, ölkəmizi sevindirək”.
Qeyd edək ki, güləşin Avropa Oyunları zamanı ən çox marağa səbəb idman növü olacağı gözlənilir. Bu növdə yarışlar 13-18 iyun tarixlərində Heydər Əliyev adına İdman Arenasında baş tutacaq.
Yarışlarda 480 kişi və qadın güləşçi 24 müxtəlif çəki kateqoriyası üzrə yunan-Roma və sərbəst güləş üslublarında mübarizə apararaq coşğun kütlə qarşısında Avropa Oyunlarının qalibi adını qazanmaq imkanı əldə edəcək.
Aygün İlqarqızı
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır



































.jpg)

.jpg)