Bakı 2015
Akademik: “Avropa Oyunlarını seyr edəcək milyardlarla insan Azərbaycanı tanıyacaq”
“İlk Avropa Oyunları Azərbaycanın dünyada geniş formada tanınmasına səbəb olacaq”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Yaradıcılıq Akademiyasının (AMYA) prezidenti, akademik Nizami Süleymanov bildirib.
Onun sözlərinə görə, indiyədək Azərbaycan öz tarixi və mədəniyyəti ilə dünyada tanınıb. N.Süleymanov deyib ki, ilk Avropa Oyunlarından sonra Azərbaycan dünyada idmanı ilə də geniş tanınacaq: “Artıq dünya dəyişib. Mən ötən il Avstriyada səfərdə olanda bir daha şahidi oldum ki, Bakıda təşkil olunan beynəlxalq tədbirlər Azərbaycanı dünyada tanıdır. Avstriyada mənə deyirdilər ki, biz Azərbaycanı “Eurovision” yarışmasından sonra daha çox tanımağa başlamışıq. İndi də beynəlxalq idman tədbiri ilk dəfə olaraq məhz Azərbaycanda keçiriləcək. Əminəm ki, Avropa Oyunlarını seyr edəcək milyardlarla insan Azərbaycanı tanıyacaq. Azərbaycan idman ölkəsi kimi dünyada özünü nümayiş etdirəcək. Bilirsiniz ki, Azərbaycan son 15 ildə idman sahəsində böyük uğurlar əldə edib. Avropa Oyunları dünya tarixində ilk dəfə təşkil olunur. Bu ilk tədbirin məhz Azərbaycana salınması, əlbəttə ki, bizim üçün qürurvericidir. İnanıram ki, Avropa Oyunlarından sonra dünyada olan Azərbaycan diasporunun mövqeyi daha da güclənəcək”.
Vasif Həsənli
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır

































.jpg)

.jpg)