Bakı 2015
Vitse-prezident: “Avropa Oyunlarında ən azı 2-3 qızıl medal gözləyirik”
Güləş üzrə Azərbaycan yığma komandaları Birinci Avropa Oyunlarına hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirirlər. Qadın güləşi üzrə yığma komandanın məşqini Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev də izləyib.
Publika.az xəbər verir ki, məşqdən sonra açıqlama verən AGF rəsmisi hər 3 güləş növündə yığma komandaların yüksək səviyyədə hazırlıq keçdiyini bildirib:
“I Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycana, paytaxtımız Bakıya yönələcək. Güləşçilərimiz bu yarışlara ciddi səylə hazırlaşırlar. Avropa Oyunlarında qitənin ən güclü idmançıları mübarizə aparacaq. Amma Azərbaycan güləşi elə bir səviyyəyə çatıb ki, nəinki Avropada, bütün dünyada favoritlər arasında göstərilirik. Yəni məqsədimiz həmişə olduğu kimi, yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Bu tarixi hadisəyə qazanacağımız qələbələrlə əlavə bayram ab-havası qatmaq, xalqımızı sevindirmək istəyirik".
Qadın güləşçilərimizin Monqolustan yığması ilə birlikdə hazırlaşdığını bildirən N.Əliyev hələ ki Bakı 2015 I Avropa Oyunlarında çıxış edəcək heyətin tam tərkibinin müəyyənləşdirilmədiyini vurğulayıb:
“Bu həftənin sonuna qədər I Avropa Oyunlarında çıxış edəcək heyət tam olaraq müəyyənləşdiriləcək. Komandanın tərkibində çoxlu gənclər olacaq. O idmançılar gənc olmalarına baxmayaraq, artıq böyüklər arasında da öz sözlərini deyiblər. Hesab edirəm ki, gənc güləşçilərimiz I Avropa Oyunlarında sürpriz edəcəklər. Ümid edirəm ki, Azərbaycan azarkeşlərini sevindirəcəyik. Heyətdə Olimpiya çempionlarımızdan Toğrul Əsgərov yer alacaq. Şərif Şərifov isə Amerikada keçiriləcək dünya çempionatına hazırlaşır. Avropa Oyunlarında güləşin hər növündən ən azı 2-3 qızıl medal gözləyirik”.
Qeyd edək ki, Avropa Oyunlarında hər 3 güləş növü üzrə yarışlar Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. İyunun 13-dən 18-dək ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır

































.jpg)

.jpg)