Bakı 2015
Avropa Azərbaycan Məktəbində (AAM) Bakı 2015-ə həsr edilmiş I Beynəlxalq Oyunlar keçirilib - FOTOLAR
İyunun 1-də AAM-də Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr edilmiş I Beynəlxalq Oyunlar adlı idman tədbiri keçirilib. Yaradılmış hər komandaya simvolik olaraq Avropa Oyunlarına gələcək ölkələrin adları verilib.
Publika.az xəbər verir ki, I Beynəlxalq Oyunların açılış mərasimindən sonra ibtidai (I-IV siniflər) və orta təhsil pilləsinin (V-XI siniflər) müxtəlif yaş qruplarından olan şagirdlərdən təşkil olunmuş müxtəlif ölkələri təmsil edən komandalar maraqlı estafetlər və bir sıra idman növləri üzrə yarışıblar.
İbtidai sinif şagirdləri Fransa, Rumıniya, Çexiya, Yunanıstan, Bolqarıstan, Xorvatiya, Serbiya, Hollandiya, İtaliya, Moldova, Latviya, Finlandiya, İsveç, Macarıstan, Sloveniya və Almaniyanı təmsil edən komandalarda yarışıblar. 1-ci yerin qalibi Yunanıstan, 2-ci yerin qalibi Moldova, 3-cü yerin qalibi isə İsveç olub.
Orta təhsil pilləsinin şagirdləri Estoniya, İrlandiya, Belarus, Danimarka, Belçika, İspaniya, Rusiya, Norveç, Avstriya, Albaniya, Polşa, İslandiya, İsveçrə, Azərbaycan, İsrail, Gürcüstan, Türkiyə və Böyük Britaniyanı təmsil edən komandalarda 6 idman növü (baketbol, voleybol, üzgüçülük, mini futbol, atlekika və stolüstü tennis) üzrə yarışmışlar. Komandalar arasında yarışda 1-ci yerin qalibi Belarus, 2-ci yerin qalibi İsrail, 3-cü yerin qalibi isə Norveç olub.
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO


































.jpg)
.jpg)
