Bakı 2015
Bakı 2015 məşəlinin Bakı marşrutu məlum oldu
Bakı 2015 İlk Avropa Oyunlarının Məşəlinin Bakıdakı marşutu açıqlanıb.
Publika.az xəbər verir ki, məşəl 12 iyun tarixində keçiriləcək Açılış Mərasimində Olimpiya Stadionuna gətirilənədək 7-10 iyun tarixlərində paytaxtımızın bir çox məkanlarını gəzəcək.
Məşəl iyunun 7-də yenidən qurulmuş Ağ Şəhər Bulvarına, Neftçilər Prospektinə və Bayraq Meydanına səfər etməzdən əvvəl qayıqla möhtəşəm üslubda Bakıya gətiriləcək və nəhayət, Bakıda qalacağı bir gecəlik müddətdə Qız Qalasında olacaq. İyunun 8-də isə Avropa Oyunlarının keçiriləcəyi doqquz məkandan - Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına stadion, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosipedi Veloparkından keçəcək.
Çərşənbə axşamı məşəl bəzi tarixi binalara aparılaraq, UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən İçərişəhərə səyahət edəcək. Buraya UNESCO-nun Azərbaycanın arxitekturasının mirvarilərindən biri kimi adlandırdığı məşhur Şirvanşahlar Sarayı da daxildir.
Məşəlin növbəti səfəri 10 iyun tarixində Bakının mədəniyyət və memarlıq obyektlərinə, məsələn, Nizami küçəsinə, Fəvvarələr Meydanına, Qış Parkına, Filarmoniya Parkına və nəhayət, Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parka olacaq.
İyunun 11-də məşəl final vaxtı üçün Qız Qalasından götürüləcək və 12 iyun tarixində Açılış Mərasiminin keçiriləcəyi “Olimpiya” stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Satko limanına gətiriləcək.
Qeyd edək ki, aprelin 26-da Atəşgah məbədində alovlandırılan məşəl həmin vaxtdan etibarən Azərbaycanın bütün bölgələrinə səfər edib.
Aygün İlqarqızı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin110 Oktyabr 20:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin110 Oktyabr 20:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin110 Oktyabr 19:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO


























.jpg)





.jpg)



