Bakı 2015
Bakı 2015: Macarlar iyunun 6-da gələcəklər
Azərbaycanın Macarıstandakı səfirliyinin və Macarıstan Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə "Bakı 2015"-də iştirak edəcək macar komandasının Azərbaycana yola salınması ilə bağlı mərasim keçirilib.
Publika.az xəbər verir ki, Oyunlarda Macarıstanın idman şərəfini 200-dən çox atlet qoruyacaq. Bütünlükdə isə macar komandasının tərkibinə 300 nəfərə yaxın idmançı və idman mütəxəssisi daxildir.
Macarıstan MOK-nun baş katibi Bence Çabo Bakıda yüksək səviyyədə təşkil olunan I Avropa Oyunları ilə Avropa idmanının tarixində yeni səhifə açıldığını bildirib. O, ev sahiblərinin əsl idman mübarizəsi üçün tələb olunan bütün şəraiti yaratdığını və Bakının təcrübəsinin sonrakı illərdə bu cür böyük idman yarışlarının keçirilməsinə ev sahibliyi edəcək ölkələr üçün zəruriliyini vurğulayıb.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev son illərdə ölkədə idmanın inkişafına göstərilən yüksək qayğıdan söz açaraq on gündən sonra Bakının 49 Avropa ölkəsindən gələcək 6 min atleti yüksək səviyyədə qəbul etməyə hazır olduğunu bildirib.
Azərbaycanın I xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsinin ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri işləri vaxtında və keyfiyyətlə gördüyü qeyd edilib. Səfir sülhə, tərəqqiyə və xalqlar arasında qarşılıqlı anlaşmaya xidmət edən bu mühüm idman bayramında bir çox avropalıların həqiqi Azərbaycanı özləri üçün kəşf edəcəklərinə və sevəcəklərinə inamını ifadə edib.
Macarıstan Milli Resurslar Nazirliyinin dövlət katibi İştvan Simiçko və Macarıstan MOK-nun icraçı direktoru Laslo Fabian öz çıxışlarında macar idmançılarının qarşısında duran vəzifələrdən danışıblar.
Macarıstan MOK-nun qərarı ilə "Bakı 2015"-ə hazırlıq prosesində ölkənin ali beynəlxalq idman qurumu ilə sıx əməkdaşlığa görə səfir Vilayət Quliyev Macarıstan komandasının fəxri üzvü elan olunub və ona milli komandanın idman forması hədiyyə edilib.
Qeyd edək ki, macar idmançılarının ilk dəstəsinin Bakıya iyunun 6-da yola düşməsi nəzərdə tutulur.
Report
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin110 Oktyabr 20:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin110 Oktyabr 20:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin110 Oktyabr 19:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO



























.jpg)





.jpg)



