Bakı 2015
“Bakı Metropoliteni”nin əməkdaşları Avropa Oyunlarına görə treninqdə
Böyük Britaniya paytaxtında metropoliten şəbəkəsini də əhatə edən “Transport for London” şirkətinin mütəxəssisləri Bakıda treninq keçir.
Publika.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin dəvəti ilə təşkil edilən treninq təhlükəsizliyin təminatı ilə bağlıdır. Treninqdə metropoliteninin mühafizəsi üzrə polis şöbəsinin əməkdaşları iştirak edir.
5 gün davam edəcək seminarlarda “Transport for London”un
infrastruktur məsələləri və əməliyyat üzrə proqram direktoru Corc
Makaynalti (George McInulty) və mütəxəssis Hyu Makkey (Hugh Mackay)
London metrosunun təcrübəsi ilə bölüşərək, xüsusi proqram əsasında
seminarlar keçir, bu dövrdə işin təşkili və idarə olunması
prinsiplərindən söz açır, tövsiyələrini verirlər.
Treninqin ilk təliminin mövzusu polis əməkdaşlarının davranış qaydalarında sosial-psixoloji məsələlərə diqqət edilməsi olub.
Bakıya gələcək turistlərin fərqli ölkəni, fərqli mədəniyyəti, fərqli dünya görüşə malik mühiti təmsil edə biləcəyinin nəzərə alınması və bu zaman davranışın maksimum nəzakət və tövsiyə xarakterli olması vacibdir. Daha bir məsələ polisin iş vaxtı diqqət etməli olduğu məsələlər, onlara kompleks və fərdi yanaşma metodları və konkret məqamları ilə bağlıdır. Stansiyada sərnişinlərin daim hərəkətdə olması, qatara vaxtında minib-düşməsi və s. kimi məsələlər nəzərə alınaraq, mütəxəssislər bəzi təkliflərini, tövsiyələrini əyani nümunələr əsasında veriblər.
London və Bakı metropolitenləri arasında oxşar və fərqli
cəhətlər nəzərə alınaraq, britaniyalı mütəxəssislər diqqətə
alınması vacib olan bir sıra məsələlər ətrafında xüsusi dayanaraq,
daha geniş və çeşidli metodlarla onların müzakirəsini təşkil
edirlər.
Bakı metropolitenində mühafizə sistemi və təhlükəsizliyin
təminatının Avropanın aparıcı dövlətlərinin metroları səviyyəsində
və bəzən onlardan da yüksəkdə olduğunu gördükləri üçün məmnun
qaldıqlarını ifadə edən Makaynalti, polis əməkdaşlarının
hazırlığını və peşəkarlığını da vurğulayaraq, Oyunların ən yüksək
səviyyədə təşkil ediləcəyinə əminliyini qeyd edib.
Qeyd edək ki, təlimlər eyni zamanda “Bakı Metropoliteni” QSC-nin digər əməkdaşları üçün də təşkil ediləcək.
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin110 Oktyabr 20:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin110 Oktyabr 20:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin110 Oktyabr 19:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO


























.jpg)




.jpg)


