Bakı 2015
Fəvvarələr meydanında şou olacaq
Dünya çempionları Bakıda idman şousu göstərəcəklər. Rafael Holzdeppe və Boqdan Bondarenko Fəvvarələr meydanında tamaşaçıları öz atletik bacarıqları ilə coşduracaqlar.
BEGOC-dan Publika.az-a verilən məlumata görə, atletika üzrə dünyanın bir sıra qabaqcıl elit idmançısı birinci Avropa Oyunları zamanı, yarışların ikinci həftəsində, Bakı şəhərinin küçələrində öz bacarıqlarını idman həvəskarlarına nümayiş etdirəcəklər.
Dünya çempionları R.Holzdeppe və B.Bondarenko Bakı 2015-in təşkilatçılığı ilə şəhərin Fəvvarələr meydanında keçiriləcək idman nümayişində iştirak edəcək 24 idmançı arasında olacaqlar.
Qeyd edək ki, Şüvüllə tullanma üzrə alman idmançısı Holzdeppe və hündürlüyə tullanma üzrə ukraynalı idmançı Bondarenko 2013-cü ildə Moskvada keçirilmiş Dünya Çempionatında qızıl medala sahib olublar.
Şüvüllə tullanma üzrə keçiriləcək nümayişdə qadınlardan London 2012-nin finalçıları Silke Şpiqelburq və Liza Rizih də iştirak edəcəklər.
Kişilərin və qadınların şüvüllə tullanma yarışı iyunun 24-də saat 17:30-dan 20:30-dək, kişilərin hündürlüyə tullanma yarışı isə iyunun 25-də eyni saatlarda keçiriləcək.
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi



































.jpg)
.jpg)
