Bakı 2015
Bakı 2015: Portuqaliya da gəldi
Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Portuqaliyanın nümayəndə heyətinin ilk qrupu Azərbaycana gəlib.
Publika.az xəbər verir ki, onları Heydər Əliyev Hava Limanında Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.
Portuqaliya Milli Olimpiya Komitəsinin idman direktoru Marku Alveş hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, Portuqaliya yarışlara 100 idmançı ilə qatılacaq: "Biz olkəmizin ən yaxşı idmançılarını I Avropa Oyunlarına gətirəcəyik. İdmanda medalların sayını qabaqcadan demək risklidir. Amma ölkəmizə bir neçə medalla qayıtmağa çalışacağıq".
Nümayəndə heyəti onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola düşüblər.
Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunlarını işıqlandırmağa gələn jurnalistlərin daha bir qrupu da bu gecə Azərbaycana gəlib. Onları da Heydər Əliyev Hava Limanında Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Jurnalistlər daha sonra xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.
Yarışlara kimi Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev Hava limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərir.
Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların 16-sı Olimpiya növləridir.
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin110 Oktyabr 20:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin110 Oktyabr 20:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin110 Oktyabr 19:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO
-
Hadisə10 Oktyabr 18:12Maşından son anda qaçmasaydı, faciə yaşanacaqdı - ANBAAN VİDEO



























.jpg)




.jpg)


