Bakı 2015
Avropa Oyunlarının məşəli İçərişəhəri səyahət edəcək
Bakı 2015 birinci Avropa Oyunlarının məşəl səfəri iyunun 12-də keçiriləcək açılış mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl Bakı şəhərində, o cümlədən də İçərişəhərdə müəyyən marşrut üzrə hərəkət edəcək.
Publika.az xəbər verir ki, məşəl iyunun 7-də Bakıya gətiriləcək və Qız Qalasında saxlanılacaq. İyunun 9-da Məşəl Bakı şəhərindəki bir sıra tarixi binalara aparıldıqdan sonra YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil olmuş qədim İçərişəhərə gətiriləcək.
Bakı-2015 məşəlinin İçərişəhərdə səyahəti 16:00-da Kiçik Qala küçəsi boyu yerləşən Qala Divarları yaxınlığında başlayacaq. Məşəl Kiçik Qala küçəsi boyu hərəkət edərək Qoşa Qala qapısı meydanına, daha sonra Qüllə küçəsi boyu hərəkətinə davam edərək Buxara və Multanı Karvansaralarının yaxınlığından keçərək Qız Qalası meydanına çıxacaq. Asəf Zeynallı küçəsi ilə hərəkətinə davam edəcək məşəl daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi kimi mühüm əhəmiyyətli məkanlardan, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək 16:50-də Orta Əsrlər Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşacaq.
Bakı-2015 məşəlinin İçərişəhərdə səyahəti ilə əlaqədar iyun ayının 8-9-u tarixlərdə İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bakı-2015 məşəli 11 iyun tarixində Qız Qalasından götürülərək 12 iyun tarixində Açılış Mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən “Sadko” limanına aparılacaq.
Gülnar Əliyeva
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin110 Oktyabr 20:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin110 Oktyabr 20:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin110 Oktyabr 19:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO


























.jpg)




.jpg)


