Bakı 2015
İlk Avropa Oyunlarının məşəli Şabranda
Birinci Avropa Oyunlarının məşəli iyunun 4-də Şabrana gətirilib.
Publika.az xəbər verir ki, məşəl Şabran şəhərinin girişində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb. Qarşılanma mərasimində milli rəqslər, oyunlar nümayiş etdirilib.
Məşəl əməkdar məşqçi Telman Bayramov tərəfindən qəbul olundu. Sonra 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar rayon sakinlərinin alqışları ilə məşəli bir-birinə ötürərək Məhəmməd Əmin Rəsulzadə, Zərifə Əliyeva küçələri və Heydər Əliyev prospekti boyunca 2400 metr məsafə qət etdilər. Sonuncu məşəlçi, əməkdar məşqçi Asif Abdullayev Heydər Əliyev prospektində quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırdı. Şabranlılar məşəlin alovlandırılmasını böyük coşqu ilə qarşıladılar.
Şabranlı gənc Günel Zeynalova Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.
Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx nümayiş etdirildi.
Bununla da Şabran birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 57-ci yaşayış məntəqəsi oldu.
-
Sosial23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!





































.jpg)
.jpg)
