Bakı 2015
Avropa Oyunlarının Təşkilat Komitəsi Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkəti ilə müqavilə imzalayıb
“Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsi Oyunların Rusiya ərazisində birbaşa yayımlanması barədə Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkəti (ÜDTRYŞ) ilə müqavilə imzalayıb. Müqaviləyə görə, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək birinci Avropa Oyunlarına 53 milyon rusiyalı tamaşa edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Rusiya Olimpiya Komitəsinin (ROK) rəsmi saytında yer alıb.
ROK-un yaydığı xəbərə görə, gündəlik yayım həcmi həm “Rossiya-2” (birbaşa yayım) kanalında, həm də “Sport”, “Sport 1” və “Boytsovski klub”(pullu TV) kanallarında on saatdan çox olacaq. Yarışlar “Vesti.ru” və “Sportbox.ru” internet saytlarında da onlayn yayımlanacaq.
Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Şadam ki, birinci Avropa Oyunlarının belə mühüm bazarda yayımlanması üçün “Rossiya” telekanalı ilə saziş imzaladıq. Rusiya Olimpiya Komitəsi Bakıya 300-dən çox ən yaxşı idmançısını göndərəcək. “Rossiya” telekanalı ilə tərəfdaşlıq sayəsində əmin ola bilərik ki, idmana böyük maraq göstərən rusiyalılar geniş əhatə platforması sayəsində bütün yarışlara tamaşa edəcəklər”.
Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinin İdman proqramları direktorluğunun rəhbəri Aleksandr Taşşinin sözlərinə görə, birinci Avropa Oyunları həm yarış formatı, həm də Rio-de-Janeyroda Olimpiya Oyunları üçün idmanın 12 növü üzrə təsnifat xarakteri daşıması baxımından idman aləmində əhəmiyyətli hadisə olacaq. Oyunlarda ən çoxsaylı yığma olan milli komandamızın çıxışlarını geniş auditoriyaya göstərmək də bizim üçün çox əhəmiyyətlidir. Nəticədə biz rusiyalı tamaşaçıya həm münasib kanalda yayımlar, həm də ÜDTRYŞ-nin “Rəqəmsal TV” paketinin bir hissəsi olan üç idman kanalında Oyunlarla bağlı bütün tədbirlərin nümayişini təklif edəcəyik”.
-
Sosial23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!





































.jpg)
.jpg)
