Bakı 2015
I Avropa Oyunları ilə bağlı animasiya FİLMİ
Bakı-2015 Birinci Avropa Oyunlarının rəsmi simvolları Nar və Ceyran hamını yarışları izləməyə dəvət edir.
ANS-in məlumatına görə, Təşkilat Komitəsi simvolların iştirakı ilə təbliğat xarakterli animasiya filmi hazırlayıb. Animasiyada I Avropa Oyunlarının ilk nağılı danışılır.
Bakı-2015 Avropa Oyunlarının rəsmi loqosu 16 iyun 2014 tarixində elan edilib. 35 yaşlı azərbaycanlı Adəm Yunisov tərəfindən tərtib edilmiş bu yeni loqo Alov, Su, əfsanəvi Simurq quşu, Xalı və Nar da daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyət və səylərini formalaşdırmış beş başlıca elementi bir araya gətirib. Yunisovun açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini, mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə böyüyən iqtisadiyyatı və şəhərlərindən biri kimi Bakının assosiasiyasını təsvir edir.
Bakı-2015 Avropa Oyunları Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq Ceyran və Narı Oyunların rəsmi simvolları elan edib. Bu cütlük Bakı-2015-in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada birinci Avropa Oyunlarının simvoluna çevrilib.
Ceyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif etməklə Oyunların mədəniyyət elçisi olacaq. Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək Ceyran qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirəcək. Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir.
Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Həyat eşqi və enerji ilə aşıb-daşan Nar yeni idman növlərində iştirak etməyi sevir və Avropa Oyunları tədbirinə qoşulacaq. Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir və rəngarəng Bakı-2015 brendində əks olunaraq artıq şəhərimizdə geniş şəkildə nümayiş etdirilib.
Xatırladaq ki, Bakı-2015 Avropa Oyunları (2015 European Games) — 2015-ci ilin iyununda, Azərbaycanın paytaxtı Bakıda keçirilməsi planlaşdırılan, bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarıdır. Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.
-
Dünya04:30Bu baş verərsə... - İrandan Trampın təhdidlərinə cavab
-
Avropa03:44Bu ölkə diplomatlarını İrandan çıxardı
-
ABŞ02:27ABŞ İrana qarşı yeni hava zərbələrinə başladı
-
Region01:20Fırtına İstanbulu bu hala saldı - Video
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı













.jpg)

.jpg)
.jpg)








.jpg)











