Bakı 2015
Bakı 2015: Boks millimizin heyəti məlumdur
Birinci Avropa Oyunlarında iştirak edəcək boks üzrə milli komandamızın heyəti məlum olub.
Publika.az xəbər verir ki, komandamız kişilərin yarışında 10 idmançı ilə təmsil olunacaq. Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı Teymur Məmmədov bu dəfə fərqli çəki dərəcəsində - 81 kq-da çıxış edəcək. 91 kq çəki dərəcəsində isə Abdulqadir Abdullayev rinqə çıxacaq.
Dünya çempionu Albert Səlimov milli komandamızın heyətində ilk
ciddi sınağını məhz Avropa Oyunlarında verəcək. “Baku Fires”
klubunun heyətində Rio de Janeyro Olimpiadasına vəsiqə qazanan
boksçu 60 kq çəki dərəcəsində mübarizə aparacaq. Məşqçilər korpusu
56 kq-da “Böyük İpək Yolu” turnirində 1-ci olan gənc Tayfur Əliyevə
şans verib. Komandamız hazırda Bakıda İrlandiya və Bolqarıstan
boksçuları ilə birgə təlim-məşq toplanışı keçir.
Qızların yarışında 5 boksçumuz çıxış edəcək. Dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu Yelena Vıstropova, dünya çempionatının finalçısı Yana Alekseyeva əsas medal ümidlərimiz olacaq.
Kişilərdən ibarət milli
komandamız
49 kq. Salman Əlizadə
52 kq. Elvin Məmişzadə
56 kq. Tayfur Əliyev
60 kq. Albert Səlimov
64 kq. Lorenzo Sotomayor
69 kq. Pərviz Bağırov
75 kq. Xaybulla Musalov
81 kq. Teymur Məmmədov
91 kq. Abdulqadir Abdulllayev
+91. Məhəmmədrəsul Məcidov
Qadınlardan ibarət milli komanda
51 kq. Anaxanım Ağayeva
54 kq. Anna Əlimərdanova
60 kq. Yana Alekseyeva
64 kq. Yelena Vıstropova
75 kq. Leyla Cavadlı
-
Hadisə22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir




































.jpg)
.jpg)
