Bakı 2015
Nazirlik Avropa Oyunları ərəfəsində “Qaynar xətt” açır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Kollegiyası I Avropa Oyunları ilə əlaqədar qərar qəbul edib.
RYTN-dən Publika.az-a verilən məlumata görə, yeni qərar telekommunikasiya, internet, mobil və radiorabitə xidmətləri, radiotezliklərlə təminatı, informasiya təhlükəsizliyi, telekommunikasiya şəbəkə və obyektlərinin dayanıqlığının hazırlıq vəziyyəti ilə əlaqədardır.
Qərara əsasən, sadalanan istiqamətlər üzrə görülmüş işlərin lazımi səviyyədə yerinə yetirilməsi və başa çatdırılması nəzərə alınmalıdır.
Qərarda qeyd olunur ki, I Avropa Oyunlarına hazırlıq ərəfəsində və
Oyunların keçiriləcəyi müddətdə RYTN-in öhdəliklərinin lazımi
səviyyədə icra edilməsi nəzarətdə saxlanılacaq.
RYTN-də iyunun 30-dək Oyunlarla əlaqədar "Qaynar xətt" xidməti
fəaliyyət göstərəcək.
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK)
İnteqrasiya qrupunun iclaslarında iştirak təmin ediləcək və
iclasların qərarları üzrə müvafiq tədbirlər görülək.
RYTN-in birlik və müəssisələri, mobil və özəl telekommunikasiya
operatorlarına BAOƏK-lə razılaşdırılaraq nazirlikdən göndərilmiş
müvafiq tapşırıqların icrasına ciddi nəzarət ediləcək.
Bakı şəhərinin zəruri ərazilərində "Wi-Fi" xidmətlərinin
keyfiyyətinə nəzarət təmin ediləcək. Mobil rabitə xidmətləri üzrə
aparılmış monitorinqin nəticələrinin aradan qaldırılması üzrə
tədbirlər görüləcək.
Oyun və təşkilati məkanlara çəkilmiş optik və mis kabellərin normal
fəaliyyəti, mühafizəsi təmin ediləcək və ciddi nəzarətdə
saxlanılacaq, bu məkanlara çəkilmiş stasionar telefonların normal
işi təmin ediləcək.
I Avropa Oyunlarının "Azerspace-1" peyki üzərindən yayımının
təşkilinə ciddi nəzarət ediləcək.
Mingəçevir Kür İdman Mərkəzinin və Atletlər kəndinin BAOƏK-in Bakı
şəhərində qurulmuş data mərkəzləri və Beynəlxalq Yayım Mərkəzi ilə
keyfiyyətli rabitəsinə və magistral kabellərin mühafizəsinə ciddi
nəzarət təmin ediləcək.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən dövlət və strateji
saytların mühafizəsinin və "Tetra" radio avadanlıqların işinin
nəzarətdə saxlanıldığı nəzərə alınacaq.
"Delta Telekom LTD" MMM tərəfindən Oyunlara tələb olunan internetin
tutumunun və təhlükəsizliyinin təmin ediləcəyi barədə Kollegiyaya
təqdim edilmiş təqdimat nəzərə alınacaq.
Elektron Təhlükəsizlik Mərkəzi İSP-lərin internet xidmətlərinin
təhlükəsizliyinin təmin edilməsi üzrə işləri davam etdirəcək.
"Azercell Telekom" MMC, "Bakcell" MMC və "Azrefon" MMC respublika
ərazisində və magistral avtomobil yollarında, xüsusilə oyun və
təşkilati məkanlarda "2G", "3G", "4G" mobil xidmətlərinin yüksək
keyfiyyətlə göstərilməsini təmin edəcək.
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi





































.png)