Bakı 2015
Avropa Oyunları öncəsi millimizdən 3:0-lıq qələbə
Avropa Oyunlarına hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyada yoldaşlıq oyunu keçirib.
Publika.az xəbər verir ki, komandamız təlim-məşq toplanışı çərçivəsində Xorvatiya yığmasıyla qarşılaşıb. 3 hissə davam edən görüşdə təmsilçimiz meydandan qalib ayrılıb - 3:0.
Qeyd edək ki, komandamız bu gün daha bir yoldaşlıq oyunu keçirəcək. Yenə xorvatları sınağa çəkəcək voleybolçularımızın iyunun 7-də Bakıya qayıtması nəzərdə tutulur.
Qeyd edək ki, milli komandanın baş məşqçisi Faiq Qarayev saytımıza açıqlamasında iyunun 7-dək Sloveniyada təlim-məşq toplanışında olacaqlarını bildirmişdi.
Məlumat üçün bildirək ki, Bakı 2015 Avropa Oyunlarında voleybol yarışları iyunun 13-28-də baş tutacaq. Bu növdə 480 idmançı - kişilər və qadınlar arasında hərəsində 12 komandanın iştirak edəcəyi və simvola çevrilmiş məşhur Bakı Kristal Zalında keçiriləcək voleybol yarışlarında iki medal dəsti uğrunda mübarizə aparacaqlar.
Yarışlarda Rio 2016 Olimpiya Oyunları üçün kvalifikasiya xalları qazanmaq imkanı da olacaq.
-
Hadisə22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir




































.jpg)
.jpg)
