Bakı 2015
İngiltərə saytı I Avropa Oyunlarına hazırlıqdan yazıb
Böyük Britaniyanın “cyprusscene.com”
saytında “Azərbaycanda I Avropa Oyunlarının sevinci ” başlıqlı
məqalə dərc olunub.
Məqalədə Böyük Britaniyanın 153 idmançının Avropa Oyunlarında 13
idman növündə mübarizə aparacğı vurğulanıb.
Sayt I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin böyük
nailiyyət olduğu qeyd edib: “Bu qərara imza atanlar yanılmayıblar.
Çünki sürətlə gedən iqtisadi inkişaf, həyatın bütün sahələri ilə
yanaşı, idman sahəsində də güclü maddi-texniki bazanın
yaradılmasına, eləcə də beynəlxalq yarışlarda, dünya
çempionatlarında qələbələr qazanmaqda Azərbaycan idmançıları üçün
güclü stimulun yaranmasına səbəb olub”.
Məqalədə Oyunların keçiriləcəyi idman qurğularının dünya
standartlarına cavab verdiyi bildirilib: “İlk Avropa Oyunları üçün
Bakıda Qafqazda ən böyük olan 65 min tutumlu Olimpiya stadionu
tikilib. Azərbaycan özünə güvənir və bu idman yarışına dostluq,
birlik tədbiri kimi yanaşır. Məhz buna görədir ki, Azərbaycan ev
sahibi olaraq I Avropa Oyunlarına qatılacaq hər bir idmançının
maliyyə xərclərini öz üzərinə götürüb”.
Sayt Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban
Əliyevanın Almaniyanın Kann şəhərində “Bakı-Avropa Oyunları –
2015”in təntənəli təqdimatı zamanı çıxışından sitat gətirib: “Bu
vaxta qədər Avropa oyunları heç zaman keçirilməyib və belə oyunları
tarixə ilk Avropa Oyunları kimi daxil olan yarışmaları qəbul etmək,
hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük
şərəfdir və həm də böyük məsuliyyətdir. Bu gün Azərbaycan dünyada
idman məkanı kimi tanınır. İdmana dəstək, olimpiya hərəkatına
dəstək dövlət siyasətinin əsas istiqamətlərindən
biridir”.
Məqalədə Azərbaycanın bütün bölgələrində, ən çox da paytaxtda və
onun rayonlarında I Avropa Oyunlarının həyəcan və coşqunun artdığı
bildirilib: “Əhali arasında maariflənmə aksiyaları, müsabiqələr
təşkil olunub, yeni parklar açılıb, sosial çarxlar hazırlanıb.
Maraqlıdır ki, hər bir rayon sakini bu ictimai faydalı işə öz
töhfəsini verməyə çalışır”.
Saytda aprelin 26-da Prezident İlham Əliyevin Atəşgahda “Bakı-2015”
ilk Avropa Oyunları məşəlini alovlandırması mərasimi haqqında da
məlumat verilir.
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi





































.png)